
VUÇİÇİN XRİSTİAN DAMARI TUTDU
"Türkiyə Osmanlı İmperiyasını bərpa etmək arzusundadır"

“İndi tamamilə aydındır ki, Türkiyə Osmanlı İmperiyasını bərpa etmək arzusundadır.”
Xural.org Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə Serbiya Prezidenti Aleksandr Vuçiç özünün X səhifəsində çıxış edib.
Qeyd edək ki, oktyabrın 8-də Kosovanın Baş naziri Albin Kurti türk PUA-larının ölkəyə çatdırıldığını açıqlayıb. Onların təhvil verilməsi əvvəlcə gələn ilin yanvarına planlaşdırılsa da, daha tez başa çatdırılıb.



