PUTİN KADIROVUN QIZINA FƏXRİ FƏRMAN VERDİ

Kadırov özünün “Telegram” kanalında məlumat paylaşıb

Rusiya prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı Xədicət Kadırovu fəxri fərmanla mükafatlandırıb.

Xural.org xəbər verir ki, bu barədə Kadırov özünün “Telegram” kanalında məlumat paylaşıb.

Ramzan Kadırovun sözlərinə görə, qızı mükafatı “sosial əhəmiyyətli tədbirlərin hazırlanması və həyata keçirilməsində fəal iştirakına görə” alıb.

25 yaşlı Xədicət Kadırova gənc yaşına baxmayaraq, bir sıra mühüm vəzifələrdə çalışıb. O, Qroznı meriyasının məktəbəqədər təhsil şöbəsinə rəhbərlik edib, daha sonra isə Çeçenistan rəhbərinin sosial məsələlər üzrə birinci müavini vəzifəsinə təyin olunub.

Kadırov paylaşımında qızının peşəkarlığını, enerjisini, fədakarlığını və özünü daim inkişaf etdirmək istəyini yüksək qiymətləndirib.

Ramzan Kadırovun övladları tez-tez ictimai tədbirlərdə və idarəetmə strukturlarında fəallıqları ilə diqqət çəkirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button