
Əvəz Zeynallının məhkəməsi bu gün davam edəcək
06.01.2013
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçirilən məhkəmə prosesi bu gün – fevralın 6-da saat 14.00-da davam edəcək.
Proses zamanı Əvəz Zeynallının qaldırdığı vəsatətlərə baxılacaq.
Məhkəmə açıq keçirilir.
Bütün İnsan və Jurnalist hüquqları müdafiə təşkilatlarının, eləcə də müstəqil mətbuat nümayəndələri prosesi canlı izləmək üçün dəvətlidirlər.
XuralTAC




