
Azərbaycanda Populyar Qumar Oyunları: Mədəniyyətə Baxış
Hər bir xalqın öz mədəni və etnik dəyərləri var. Azərbaycanlıların çox qədim mədəni-irsi dəyərləri olduğu kimi. Xalqların mədənniyyətinə dinin böyük təsirinin olduğunu bilirik. Azərbaycan Müsəlman ölkəsidir. İslam dini ölkədə insanların inandığı və ən çox yayılmış dindir. OnlineCasino-AZ.com ekspertimiz Asiman Qasımov Azərbaycanda qumarın milli və mənəvi dəyərlərə təsiri barədə məlumat verəcək.
İnsanların dini inancları çox əhəmiyyətli faktordur. Bəzən ölkə qanunvericiliyi qumar oyunlarına icazə versə belə dini baxımdan bu oyunlar qadağan edilib. Azərbaycanda qumar oyunlari qanunla qadağan edilməsə də hüquqi normativ baza hələ də qeyri müəyyən olaraq qalır. Dini inanclara görə də qumar oyunları nə tam qəbul edilib nə də qadaağan edlib. Gəlin, Azərbaycandakı populyar qumar oyunlarına birlikdə nəzər salaq.
Qloballaşan dünyamızda insanlar əvvəlkindən daha çox məlumatlıdırlar. Hər kəs artıq asudə vaxtını dəyərləndirmək istəyir. İnternetin əsas üstünlüklərindən biri də elə bu asudə vaxtı daha əyləncəli və faydalı etməkdir. Heç bir yerə getmədən, istədiyi yerdən istədiyi oyunu oynaya bilmək əsrimizin nailiyyətlərindən biridir.
Azərbaycanda qumar və populyar qumar oyunları
Əvvəlcə onu bildirim ki, Azərbaycanda bir sıra qumar obyektləri yəni qumarxanalar var. Müştərilərinə oyun avtomatları ilə xidmət göstərən klublar buna misaldır. Belə klubların tarixi çox deyil. 2003-cü ildən bu klublar çox az sayda fəaliyyətə başladı və sonradan onlar populyarlıq qazandı. Bu klublar oyunçulara müxtəlif onlayn simulyatorlar təklif edirlər.
Digər populyar bir qumar növü canlı dilerlərlə olan kazino oyunlarıdır. 2007-ci ildən bu oyunlar Azərbaycanda məşhurlaşmağa başladı. Bu növün ən maraqlı cəhəti real vaxt rejimində canlı dilerlə mərc etməkdir. Üstəlik bu oyunlar çox keyfiyyətlə canlı yayımla yayımlanır.
Dünyada get-gedə artmaqda olan kriptovalyutalar artıq onlayn klublarını da yaradıblar. Ənənnəvi valyutalardan fərqlənən bu rəqəmsal sikkələr qumarxanalarda böyük həvəslə oynanılır. Çünki qazancı kriptovalyutada çıxarmaq artıq çox asanlaşıb.
Azərbaycandakı populyar qumar oyunları bunlardır
Kart oyunları
Kart oyunları ən bilinən və tarixi çox uzaqlara gedən qumar növüdür. Klassik kart oyunları artıq onlayn platformalarda oyunçuların ixtiyarındadır. Azərbaycanda aşağıda göstərilən kart oyunları çox məşhurdur.
- Poker
- Blackjack
- Baccarat
- Canlı diler oyunları
- İdman mərc oyunları
Əslində bu kart oyunları özləri də fərqli növlərə bölünürlər. Gəlin sizə onlar haqqında məlumat verək.
Poker
Pokerin müxtəlif növləri var.
- Jacks or Better
- Vəhşi Deuces
- Hamısı Amerikalı
Bu oyun risk etməyi bacaran oyunçuların sevimli kart oyunudur. Poker oyunçularının adətən özünəməxsus taktikası olur. Bu ona görə belədir ki, Pokerdə oyunun gedişatını oyunçular müəyyənləşdirir. Pokerdə oyunçu sayı 2-10 arasında dəyişir. Oyun 52 ədədlik kart dəsti ilə oynanılır.
Ən məşhur poker oyunları Texas Holdem və Omaha-dır. Bu oyunlar Azərbaycanda da məşhurdur. Poker oyununun demo versiyası mövcuddur. Bu da sizə real pul itirmədən oyunda təcrübə qazanmağa imkan yaradır.
Blackjack
Bu oyunu heç oynamayan oyunçular onun mürəkkəb bir oyun olduğunu düşünə bilərlər. Lakin bu belə deyil. Blackjack oynamaq digər qumar oyunlarına nisbətən daha asan bir kart oyunudur. Bu oyunu Azərbaycanda daha çox ‘’21’’ kimi tanıyırlar. Dünyada öz populyarlığı ilə seçilir. İki tərəf arasında oynanılan oyundur. Əsasən iki versiyada oynanılır. Virtual BlackJack və Canlı Dilerlə oynamaq.
Virtual BlackJack Təsadüfi Ədəd Generatoru (RNG) deyilə üsulla oynanılır. Canlı dilerlə oyunda isə masanın arxasındakı canlı aparıcı ilə canlı olaraq oynayırsınız. Bundan əlavə oyunun Amerika və Avropa versiyaları var. Azərbaycanda Avropa versiyası daha çox populyarlıq qazanıb.

Baccarat
Azərbaycanda Backarat oyunun çox sayda oyunçusu var. Oyunun Amerika və Avropa versiyaları mövcuddur. Azərbaycanlı oyunçular Amerika versiyasını daha çox oynayırlar. Oyun qarşılıqlı iki tərəf arasında oynanılır. Təxmin etmə bacarığı yüksək olan insanlar bu oyunda daha çox pul qazanırlar.
Oyunun vətəni İtaliya sayılır. Çünki italyancadan tərcümədə Baccarat ‘’sıfır’’ mənasını verir. Bundan əlavə Feliks Falguere adlı İtaliyalı bir qumarbazın əlindən çıxdığını deyirlər. Bu oyun Avropa ölkələrindən dünyaya yayılıb. Oyunun tarixi XV əsrə qədər uzanır.
Oyun asandır və öyrənmək üçün əlavə vaxt ayırmağınıza gərək yoxdur. Demo versiyasında təcrübə qazanmaq üçün oynayaraq bütün incəlikləri öyrənmək mümkündür. Oyunun daha əyləncəli olmasını istəyirsinizsə sadəcə pul üçün oynamayın. Oyuna sadəcə əyləncə vasitəsi kimi baxın və oyundan zövq alın.
Canlı diler oyunları
Kazino oyunları öz populyarlığı ilə həmişə seçilib. Hələ keçmişdən bəri insanlar kazinolara gedərək sattlarla orada qumar oynayardılar. Bu kazinolar artıq öz yerini onlayn kazinolara verməyə başlayıb. Artıq insanlar da əvvəlki kimi klublara getməkdə maraqlı deyillər. Çünki internet dinamik dünyada istədiyiniz oyunu istədiyiniz yerdən oynamağa imkan yaradır.
Canlı dilerlə qumar oynamaq digər kazino oyunlarına bənzəmir. Burada real insanla qarşılıqlı oyun gedir. Siz mərc edirsiniz və diler canlı olaraq sizinlə oyuna başlayır. Həyəcan daha da artır. istifadəçilər belə canlı oyunlarda oynamağın çox maraqlı olduğunu deyirlər.
İdman mərc oyunları
İdman mərc oyunlarında proqnozlaşdırmaq əsas məqsəd sayılır. Çünki proqnozlaşdırma qabiliyyəti üstün olanlar digərlərindən çox qazanırlar. Burada sadəcə mərc gəlməklə iş bitmir. Azərbaycanda idman mərc oyunlarına maraq yüksək sıviyyədədir. Futbol oyunlarına mərc qoymaq çox populyardır. Onsuz da ölkədə futbol çox sevilir. Bu oyuna mərc qoymaq elə oyunu izləmək qədər həyəcan verir.
İdman mərc oyunlarının digər bir üstünlüyü də əvvəlki oyunların statistikasını analiz edib qazanma şansını artıra bilməkdir. Sadəcə futbol deyil, eləcə də basketbol, voleybol, xokkey, tennis və digər oyunlara mərc qoyaraq pul qazanmaq olar. Ən yüksək əmsallı platformalarda daha yüksək məbləğlər qazanmaq mümkündür.
İdman mərc oyunlarında oyunlar başlamadan hətta oyunlar başladıqdan sonra da mərc qoymaq olar. Bəs etibarlı kontorları necə tapmaq olar? Mərc kontorlarını düzgün seçərək pulunuzu riskə atmamış olursunuz. Bunun üçün istifadəçi rəylərini oxumağınız məsləhətdir.
Qısa xülasə
İstifadəçilərin sayı baxımından onlayn kazinoların getdikcə populyarlaşdığını görmək olar. Rəqəmsal qumar, evdən çıxmadan hər zaman və hər yerdə sevdikləri qumar oyunlarını oynamaq istəyənlər üçün mükəmməl bir həlldir. Bu yazıda qumar oyunlarında şansla yanaşı strategiyanın da vacib olduğunu anlatmağa çalışdıq. Qumar özü də bir mədəniyyətdir. Baxmayaraq ki, Azərbaycanda qumara mühafizəkar formada yanaşan insanlar var, qumar oyunlarına maraq getdikcə artmaqdadır. İnsanlar artıq daha çox məlumatlıdırlar. Hər bir sahədə olduğu kimi bu sahədə də internetin rolu danılmazdır. Əyləncə sektoru inkişaf etdikcə bu sektorun ən populyar qolu onlayn qumar platformaları olacaq.



