Gülər Əhmədovanın “pul maxinasiya”larının üstü açılır…

“Azəriqazbank” prokurorluğa müraciət edərək, Gülər Əhmədovanın deputat toxunulmazlığının qaldırılmasını istəyir

Bu haqda məlumatı psnota.comsaytı yayıb. Saytda dərc olunan məqalədə bildirilir:Artıq uzun müddətdir ki, bəzi tikinti şirkətlərinin adları müxtəlif səpkili fırıldaqlarda hallandırılır. Bir müddət əvvəl isə “Kamran B.Ə.” MMC tikinti şirkətinin adı bu siyahıya əlavə edilib. Vətəndaşları aldadaraq külli miqdarda vəsait mənimsədiyi iddia edilən bu tikinti şirkətinin arxasında da bir qrup səlahiyyətli şəxslərin dayandığı söylənilir. Ona görə də zərərşəkmişlər bu günə qədər nə pulunu bəribaşdan ödədikləri mənzillərini, nə də öz halal vəsaitlərini geri ala bilrlər. Nə qədər qapı-qapı gəzsələr də, öz haqlarının müdafiəsinə qalxsalar da, istədiklərinə nail ola bilmirlər…

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfihdən ”Kamran B.Ə.” MMC-nin vəzifəli şəxsləri – şirkətin rəhbəri Ələkbər Babayev, direktoru German Hüseynov artıq həbs olunublar. “Kamran B.Ə.” MMC-nin vəzifəli şəxslərinin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmə cinayətlərinin əlamətləri olduğundan, fakta görə, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb…

Məlumat üçün bildirək ki, Ələkbər Babayevin uzun illər Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışdığı və hətta Bakı şəhərində Polis Bölməsinin rəisi vəzifəsini daşıdığı da bildirilir. Sonradan Ə.Babayev ofisi Yasamal rayonunda yerləşən ”Kamran B.Ə.” MMC-ni təsis edərək, tikinti işləri ilə məşğul olmağa başlayıb. Tikinti də elə bu ərazidə – Yasamal rayonu, III Yeni Yasamal massivi, D.Bünyadzadə küçəsi, 34 B ünvanında aparılıb…

Əldə etdiyimiz məlumatlara görə, bu tikinti şirkətinin arxasında dayanan əsas fiqurlardan biri də, deputat Gülər Əhmədovadır. Gələn xəbərlərdən o da bəlli olur ki, “Kamran B.Ə.”MMC-nin təsisçisi Ə.Babayevlə YAP-çı deputat Gülər Əhmədova arasında xeyli zamana dayanan işgüzar münasibətlər olub. Bu cür irimiqyaslı işə başlayarkən Ə.Babayev “Azəriqazbank”dan 2 milyon manat kredit götürüb. Krediti əldə etmək üçün sözügedən millət vəkilinin zamin durduğu da gələn xəbərlərin içində yer alır. Deputatatın iş adamına göstərdiyi bu “xidmət” in də, təmənnasız və yalnazca işgüzar əlaqələrə əsaslanan dost yardımı olmadığını iddia edən xəbərdə o da deyilir ki, kredit vəsaiti tam xərclənib, lakin banka ödənəcək nəinki kredit faizi, hətta əsas məbləğin özü belə geri qaytarılmayıb…

“Azəriqazbank”da çalışan və hələlik adının açıqlanmasını stəməyən başqa bir mənbə isə iddia edir ki, hazırda bank əlacsız halda pulunun ardınca düşüb və hətta Baş Prokurorluğa da bununla bağlı bank tərəfindən dəfələrlə şikayət məktubu ilə müraciət edilib. Digər tərəfdən o da bildirilir ki, indi Gülər Əhmədova ”Kamran B.Ə.” MMC-nin rəhbəri Ələkbər Babayevlə heç bir münasibəti olmadığını deyir. Lakin bank rəhbərliyi bu açıqlamaları bəhanə və məsuliyyətdən qaçmaq üçün atılan addım hesab edərək, G.Əhmədovanın yüklü miqdarda kreditin verilməsində, zamin duran səxs kimi, üzərinə götürdüyü vəzifələri yerinə yetirməsini tələb edir.

Xəbəri gətirən mənbələrin iddiasına görə, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, “Azəriqazbank”ın çoxsaylı şikayətləri əsasında, iyunun 21-də Bakı İstintaq Təcridxanasında saxlanılan Ə.Babayevlə G.Əhmədovanın üzləşdirilməsinə cəhd göstərsə də, Gülər Əhmədova deputat səlahiyyətlərindən istifadə edərək, üzləşməyə gəlməkdən imtina edib. Bu vəziyyətdə naəlac qalan bank isə Baş Prokurora etdiyi müraciətdə “xahiş edir” ki, prokurorluq külli miqdarda vəsaitin banka qaytarılmamasında birbaşa iştirakı və öhdəçiliyi olan millət vəkilinin istintaqa cəlb oluna bilməsi üçün, onun deputat toxunulmazlığının qaldırılması ilə bağlı öz səlahiyyətlərindən istifadə edərək Milli Məclisə müraciət ünvanlasın.

Xatırladaq ki, 2008-ci ildə Yasamal rayonunda yerləşən və “Kamran-B.Ə.” tərəfindən tikilməkdə olan iki bloklu bina, payçılar arasında, fərdi müqavilə bağlanmaqla, hər kvadratmetr üçün 300-550 manata satılıb. Sonradan məlum olub ki, 96 mənzil 250-dək vətəndaşa satılıb. Müqavilələr isə notarial qaydada bağlanmayıb və pullar da birbaşa şirkətin kassasına ödənilib. Binanın tikintisi 2010-cu ilin avqustunda yekunlaşmalı olduğu halda, tikinti həmin ilin iyununda naməlum səbəbdən dayanıb…

Bu günə qədər məsələ öz həllini tapmayıb və zərərçəkənlər onlara ödənəcək halal pullarını bu işdə birbaşa əli olanlardan ala bilmirlər!!!

XuralTAC-a verilən məlumata görə isə, artıq məsələ ilə bağlı prezidentə məlumat verilib. Əsasən millət vəkilləri və daha yüksək səlahiyyət sahibi olan məmurlara kredit ödənişini təşkil edən “Azəriqazbank” rəhbərliyi 2 milyon manatından keçmək niyyətində deyil. Bank rəhbərliyi hadisə ilə bağlı bir müddət əvvəl prezidentə yaxın çevrələrə məlumat verib. Bu günlər isə onlara bildirilib ki, bu haqda prezidentə məlumat verilib.

Bankın əməkdaşı olan mənbəmiz onu da bildirib ki, Gülər Əhmədova birbaşa Ramiz Mehdiyev tərəfindən himayə olunduğundan məsələ o qədər də qabardılmır və mümkündür ki, deputat 2 milyon manatı “könüllü” olaraq banka ödəməklə, bu qalmaqaldan da “təmiz” çıxmağa cəhd göstərsin. Lakin deputatın banka ödəməli olduğu 2 milyon manat krediti hardan əldə edəcəyi də maraq doğurur.

Əlaqəli məqalələr

1 şərh

  1. bu kadın milletvekilinin ,rüşvetxor olduğu uzun zamandan beri halk arasında konuşulmakta idi.bu rüşvetxorluk şirket halini almış,bu olaydan m illi tehlikesizlik ve dahiliye nazırlığının haberi olmasına rağmen.bir takım üst düzey siyasetçinin araya girmesile ,bir müddet üstü kapatılmaya çalışıldığı,büyük mikyasta bilinmektedir.hatta,bu milletvekili kadın,ramiz mehtiyev adına çaliştığını söylüyerek halkın ağzını kapatmağa çalışılmıştır.bu kadının rüşvetxorluğu daha başka isim yapmış kimseleride ,perişan edeceği,herkes tarafından yaygın vaziyette söylenmektedir.halkımız ve bankacılarla röportaj yapılsın ne pislikler ortaya çıkacaktır iddiasi vardır.bunu ben işitiyorumda,halkımız bilmiyormu zannediyorsunuz.DR.YAHYA TAŞDELEN….ANKARA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button