Ramiz Mehdiyev Əvəz Zeynallı çəkişməsi Avropa Məhkəməsində davam etdiriləcək

Ali Məhkəmənin hakimi Rəşadət Ağayev

12.07.2012

İyulun 12-də Ali Məhkəmədə “Xural” qəzetinin əmlakının müsadirə olunması ilə bağlı məhkəmə keçirilib. Hakim Rəşadət Ağayevin sədrliyilə keçirilən 2 dəqiqəlik müşavirədən sonra məhkəmə “Xural” qəzetinin kassasiya şıkayətini təmin etməyib.

 Xatırladaq ki, “Xural” qəzetinin əmlakı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən qəzet məhkəməyə verildikdən və 10 min manat cərimələndirildikdən sonra redaksiyanın əmlakı Nərimanov rayon məhkəməinin hakimi Sevinc Quliyevanın çıxardığı qərar əsasında oktyabrın 19-da (G.Əhmədovanın “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında Baş Prokuror yanındaKorrupsiyaya qarşı Mübarizə İdarəsinə şıkayət etdiyi gün) müsadirə olunmuşdu. Sonradan Ramiz Mehdiyevin adı Ə.Zeynallının həbsinə amil yaradan bütün işlərin içindən çıxarılmışdı. Oktyabrın 24-də “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı məsələni dəqiqləşdirmək məqsədi ilə Nərimanov Rayon Məhkəməsində olarkən ona R.Mehdiyevin cərimədən imtina etmədiyini bildiriblər.

 “Xural” qəzetinin əmlakının müsadirə olunmasını tam qanunsuz hesab edən baş redaktor Əvəz Zeynallı məhkəməyə müraciət etmiş, lakin həm özünün həbs edilməsi, həm də cavabdeh qismində PA-nın rəhbəri Ramiz Mehdiyevin olması Azərbaycan məhkəmələrinin qanunsuz və ədalətsiz qərarlar çıxarmasına səbəb olub.

Ali Məhkəmənin bu qərarından sonra iş baxılması üçün Avropa Məhkəməsinə göndəriləcək.

 XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button