
Hakim Ramella Allahverdiyevanı kim əsəbləşdirdi?
İyulun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə keçiriləcək “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi təxirə salınıb. Səbəb kimi Ramella Allahverdiyevanın ürəklə bağlı problem yaşaması və hətta Təcili Tibbi Yardım heyətinin məhkəməyə çağırılması göstərilib.
Qeyd edək ki, məhkəmənin təyin olunduğu vaxtdan saat yarım keçməsinə baxmayaraq, bu insident haqda mnə məhkəmə iştirakçılarına, nə ittiham, nə də müdafiə tərəfinə vaxtında məlumat verilməyib. Baş redaktorun özü isə söylənilənlərə inanmadığını və prosesə “üzəduran”ların qatılmaması ilə əlaqələndirib: Mən əminəm ki, hakim əsəbləşsə də, məhz ona görə əsəbləşib ki, prosesə çağırdığı heç bir “şahid” (üzəduran) qatılmayıb.
Xatırladaq ki, bu dəfəki məhkəməyə millət vəkili Gülər Əhmədova da qatılmalı və söylədiyi ittihamlarla bağlı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını dinləməli idi.
Növbəti məhkəmə prosesi iyulun 18 saat 11.00-a təyin olunub. Proses zamanı “şahid”lər (üzəduranlar) dindiriləcək.
QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.
XuralTAC



