
ELAN
Hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının növbəti məhkəmə prosesi iyunun 20-də saat 15.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçiriləcək. Bu dəfə zərərçəkmiş qismində çıxış edən şəxslər dindiriləcək. CM-nin 306-cı maddəsilə haqqında cinayət işi açılan Əvəz Zeynallıya qarşı zərərçəkmiş qismində çıxış etmək üçün məhkəməyə müğənni Nüşabə Ələsgərli, “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərov və KİVDF-nin prezidenti Vüqar Səfərli dəvət olunublar. Hakimin sözlərinə görə onlar bu dəfə də məhkəməyə gəlmədikləri təqdirdə, növbəti məhkəmə iclasına məcburi olaraq gətizdirələcəklər.
Xatırladaq ki, iyunun 21-də saat 15.00-da isə Bakı Apellyasiya Məhkəməsində “Bakı-Baltika” MMC -nin “Xural” qəzetinə qarşı qaldırılmış məhkəmə iddiasından “Xural” qəzetinin apellyasiya işinə baxılacaq.
http://www.youtube.com/watch?feature=player_embedded&hl=ru&v=iamVA-qbzK0
QEYD: Bütün müstəqil jurnalistlər, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəməyə dəvətlidir.
XuralTAC




ADALETTEN YANA OLAN HALKIMIZ HARDADIR.MATBUAT HÜRRİYETNİ SAVUNAN MEDYA HARDADIR.HELE HELE SİYASİ PARTİYA MENSUPLARI VE MUHALEFET LİDERLERİ HARDADIR.MUHALEFET VE HATTA DİGER GAZETE YAZARLARI HARDADIRLAR.BELKİDE,ALLAH GÖZLERİNİ KÖR,KULAKLARINI SAĞIR VE DİİLLERNİ MÜHÜRLEMİŞTİR.
ACINACAK HALİMİZE,ACIMAKTAYIM.BİR TÜRK SÖZÜ VARDIR. GÜLME KOMŞUNA BİR GÜN SENİNDE BAŞINA GELİR.BİZİM SAHİBİMİZ YÜCE ALLAHTIR.
prof.dr.yahya taşdelen…ankara