Əvəz Zeynallı Adam Sterlingə müraciət etdi

04.06.2012

“ABŞ-nın Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Adam Sterlingə

Həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı tərəfindən müraciət

Cənab A.Sterling!

Düşünürəm ki, Azərbaycanda mühüm islahatların aparılmasının vacibliyini vurğulayan ABŞ dövləti bu islahatların məhz azad və müstəqil mətbuat istiqamətində aparılmasının tərəfdarıdır.

Hazırda Azərbaycanda 7 jurnalist həbsdədir və onların həbsi siyasi motivlərlə müşayət olunur. Biz azad və müstəqil mətbuat məsələlərilə bağlı müzakirə və məsləhətləşmələr aparmaq üçün Sizinlə görüşmək istərdik.

Ümidvarıq ki, bu görüş Azərbaycanda Sizin aparmaq istədiyiniz mühüm və vacib islahatların başlanğıcı ola bilər.

Biz həmçinin ABŞ-ın Dövlət katibi xanım Hillari Klintonla da görüşmək və bizi narahat edən məsələlər haqda danışmaq istərdik. Xahiş edirik ki, xanım H.Klintonun ictimaiyyətlə görüşü çərçivəsində bizimlə görüşməyinə imkan yaradasınız.   

Dərin hörmətlə,

 “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı”

XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button