Əvəz Zeynallı Hillary Diane Rodham Clinton-a müraciət etdi

04.06.2012

Hazırda həbsdə olan “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı Azərbaycanda səfərdə olacaq ABŞ dövlət katibi Hillari Kintona müraciət etdi:

“Xanım Hillary Diane Rodham Clinton!

Uzun illər demokratik islahatlar istiqamətində apardığınız siyasət, 2008-ci ildə məhz Demokrat Partiyasından prezidentliyə namizədliyinizi irəli sürməyiniz, insan haqları və demokratiya ilə bağlı yadda qalan çıxışlarınız Azərbaycana səfəriniz ərəfəsində Sizə müraciət etməyimə səbəb oldu.

Mən, Azərbaycanda həbsdə olan 7 jurnalistdən biri – “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıyam. Çox istərdim ki, Azərbaycana səfəriniz zamanı ictimaiyyətlə keçirdiyiniz görüşlər çərçivəsində həbsdə olan jurnalistlərlə, o cümlədən mənimlə də görüşəsiniz.

Mən Sizə Azərbaycanda jurnalistlərin hansı səbəblərdən həbs olunması və azad, müstəqil mətbuatın susdurulması istiqamətində aparılan siyasət haqda danışmaq, jurnalistlərin həbsdən azad olunmaları üçün Sizin dəyərli məsləhətlərinizlə bölüşmək istərdim.

Ümidvaram ki, bu görüş Sizin Azərbaycanın azad və müstəqil mətbuatına böyük töhfə verə bilər.

 Dərin hörmətlə,

Hazırda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı”

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button