SİA nədən Əvəz Zeynallı ilə Əvəz Temirxanı qarışdırdı?

SİA-nın gənc və perspektivli Samir Feyruzovu

 

 

17.05.2012

Uyğunlaşdırılmış Atalar sözü “Tərbiyəsizliklə, oğurluğun üstü tez açılar…”

Əvəz Zeynallının məhkəmə prosesi başladı. Ötən 7 ayda onun cinayətkar olub-olmaması ilə bağlı aparılan istintaq araşdırmalarını artıq məhkəmə çözəcək. Haqq ədalətini unutmayacaqlarsa, 15 ildir ki, Azərbaycan mətbuatında özünəməxsus yeri olan Əvəz Zeynallı məhkəmə zalından azadlığa buraxılacaq. Yoxsa, artıq bu haqda nə danışmağa, nə də yazmağa ehtiyac var.

Məhkəmələrdən söz düşmüşkən. Üzürlü səbəblərdən məhkəmədə iştirak edə bilmədiyimdən texnikanın ən uğurlu vasitəsi olan internetdən istifadə etməli oldum. Axtarış saytlarından birində baş redaktorun adını yazıb, yeni məlumatlarla tanış olmağa başladım ki, əlimə maraqlı bir məqam düşdü. O məqamı da oxucularla bölüşmək istədim. Əvəz bəyin həbsindən təxminən 1 həftə sonra öz dəsti xəttilə sarı mətbuatın belini qıran “Səs” İnformasiya Agentliyində (SİA) yayımlanmış və müəllifi Samir Feyruzov kimi göstərilən “Əvəz Zeynallının səhvləri və günahları” adlı məqaləni oxudum.

http://www.sia.az/index.php?action=static_detail&static_id=182121

Məqalənin ilk sətirləri belə başlayır: “Mən Əvəz Zeynallı haqqında çox eşitmişəm və onu çox gözəl tanıyıram.”  Məqalə ilə də nə az, nə də çox iki minə yaxın oxucu tanış olub. Deməli müəllif bu qədər insanı öz səhv və qərəzli düşüncələri ilə zəhərləyib. Əvəz Zeynallı ilə tanış olduğunu iddia edən Samir Feyruzov bilməyərəkdən “siyasi sifarişi” həyata keçirdiyini ortaya qoyur. Məqalənin başında mətləbə heç bir dəxli olmayan Əvəz Temirxanın şəkli yerləşdirilib. Mənim üçün və inanıram ki, oxucularımız üçün də maraqlı olan bir sual yaranır: Əvəz Zeynallını yaxından tanıyan, onu dərindən izləyən bir müəllif Əvəz Zeynallı ilə Əvəz Temirxanı nədən səhv salır və bu səhvi də məqalənin yayımlandığı 7 ay müddətində düzəltməyə belə cəhd göstərmir?  Düzü bu məqama çox güldüm. Yəqin iki min oxucu da sifarişlə yazılmış, heç bir sübut olunmuş fakta əsaslanmayan, şər və böhtan püskürən bu məqaləni oxuyarkən, acı-acı gülüb – Zavallılar nə gündəsiniz?

Haşiyə: Daha hakimiyyətyönlü, öz “katyollarında” olan, bir jurnalisti şərləyərək, həbs etdirən Gülər Əhmədovanın müdafiəsinə qalxan KİV-lərə inanmıram. Əgər bunlar bütün piar kampaniyalarını bu cür naşılıqla və savadsızlıqla aparırlarsa, deməli söhbət tək Əvəz Zeynallıdan getmir, bunlar hər kəs haqda belə kampaniyalar etməyə hazırdırlar. Bir düymə onlara bəsdir ki,  tanımadıqları adam haqqında şər-böhtan yazsınlar.

Ancaq mən ona da inanıram ki, bir vaxt gələcək, iti də müdafiə edənlər, bu cür “müəllifləri” müdafiə etməyəcəklər. Şərə xidmət etdikləri üçün.

Şölə 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button