Yerevanın keçmiş meri Paşinyana sui-qəsddə ittiham olunur

Yayımlandı: 26 Sentyabr 2023 12:31

Albert Bazeyan özünü günahkar bilmir

Yerevan şəhərinin keçmiş meri, parlamentin sabiq vitse-spikeri və “Yerkrapah” könüllülər birliyinin keçmiş sədr müavini Albert Bazeyanın Baş nazir Nikol Paşinyana sui-qəsd təşkil etməkdə ittiham olunaraq həbs edildiyi bildirilir.

Bu barədə sentyabrın 27-də Albert Bazeyanın vəkili Georgi Melikyan yerli mətbuata danışıb.

Vəkilin sözlərinə görə, Albert Bazeyan günahını boynuna almır və özünü siyasi məhbus hesab edir.

Sentyabrın 23-də Albert Bazeyan və “Səlibçilər” hərbi-vətənpərvərlik təşkilatının 7 üzvü hakimiyyəti ələ keçirməyə cəhddə şübhəli bilinərək saxlanılıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button