
Xankəndidəki partlayışda 20 nəfərin öldüyü açıqlanıb
Yayımlandı: 26 Sentyabr 2023 12:38
290 zərərçəkənin tibb məntəqələrinə yerləşdirildiyi bildirilir
Xankəndidə yanacaq anbarında baş verən partlayış nəticəsində 20 nəfərin öldüyü təsdiqlənib.
Məlumatı “Artsax” (Qarabağdakı separatçı rejim) Səhiyyə Nazirliyi yayıb.
“7 nəfər xəstəxanada vəfat edib, 13 nəfərin meyitinin şəxsiyyəti müəyyən edilməyib”, – deyə qeyd olunub.
Bildirilir ki, müxtəlif dərəcəli yanıq xəsarətləri alan 290 zərərçəkən tibb məntəqələrinə yerləşdirilib:
“Xeyli sayda insan itkin düşüb”.



