
Leyla Yunusun evində qanunsuz axtarış cəhdi
Aprelin 17-də saat 14.00 radələrində bir neçə polis işçisi hüquq müdafiəçisi Leyla Yunusun Nizami küçəsi 53, mənzil 30 ünvanındakı evinə gəliblər.
Həmin vaxt Leyla xanım evdə yox idi. Orada olan qonaqlar qapını açmaqdan imtina ediblər. Polislər mənzilə baxış keçirməli və orada olanların siyahısını tutmalı olduqlarını bildiriblər. “Sizin burada nə işlə məşğul olduğunuzu bilirik”, deyiblər.
Axtarış üçün order və ya başqa bir sənəd təqdim etmək tələbinə cavabda polislər mırıldanaraq gediblər. Lakin içəridə olanlar onların şəklini çəkməyə müvəffəq olublar.
Hüquq müdafiəçisi özü hesab edir ki, polis geri qayıda və qapını sındıra bilər. “Bu, hakimiyyətin növbəti təzyiq formasıdır, o, hüquq müdafiəçilərinə hörmət etmək niyyətində olmadığını nümayiş etdirir”, deyə o qeyd edib.
Mənzilin yerləşdiyi Yasamal rayon polisindən Leyla Yunusun evinə kimin və niyə gəldiyini aydınlaşdırmaq cəhdləri nəticə verməyib.
Qeyd edək ki, Leyla Yunus Azərbaycan hakimiyyətinin əsas tənqidçilərindən biridir və tez-tez beynəlxalq forumlarda ifşaedici materiallarla çıxış edir. Ötən ilin yayında hakimiyyət qanunsuz olaraq onun Şəmsi Bədəlbəyli küçəsindəki evini ekskavatorla söküb. Bu, Yunusun təklif edilən kompensasiyadan imtina edərək, hakimiyyətin vətəndaşları zorla köçürməsinin qanunsuz olduğunu bildirməsindən sonra baş verib.
CONTACT




