Xanım jurnalist saxlanıldı

17.04.2012

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı polislər tərəfindən saxlanılıb.  RATİ-nin yaydığı məlumata görə, RATİ-nin əməkdaşı Vəfa Nağıyevə peşə borcunu yerinə yetirərkən saxlanılıb:
 “Bu gün Prezident Administrasiyasının qarşısında “GEN” MMC tikinti şirkəti tərəfindən aldadılmış vətəndaşların aksiyası keçirilirdi.  Vəfa Nağıyeva da aksiyanı işıqlandırmaq üçün adıçəkilən əraziyə getmişdi. Jurnalist peşə fəaliyyətini yerinə yetirən zaman həbs olunub. Onunla birlikdə jurnalist Etimad Budaqovda saxlanılıb”.

Məlumata görə, jurnalistlər 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və axşama doğru buraxılıblar. Vəfa Nağıyeva mətbuata bildirib ki, onun fotoaparatındakı bütün matreallar polis bölməsində silinıb: “Foto və videoları sildikdən sonra bizi sərbəst buraxdılar”.

Hadisəni yaddaşlardan silmək isə mümkün olmayıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button