
İtaliya dünyada ilk olaraq ‘süni intellekt’ chatbotuna girişi bloklayıb
İtaliya hakimiyyəti ChatGPT chatbotuna girişi dayandırıb. İtaliya dünyada belə bir addım atan ilk ölkədir.
Chatbotun bağlanması məlumatı İtaliyanın Şəxsi Məlumatların Mühafizəsi üzrə Milli İdarəsinin saytında dərc olunub.
Tənzimləyici, ChatGPT-ni inkişaf etdirən və idarə edən ABŞ-da yerləşən OpenAI şirkəti də italyan istifadəçilərinin məlumatlarının işlənməsini müvəqqəti olaraq qadağan etdiyini bildirib.
O da qey olunur ki, şirkətin şəxsi məlumatların təhlükəsizliyinin mümkün pozulması ilə bağlı araşdırmaya başlayıb.
OpenAI-nin keçən həftə bildirdiyi sızmadan sonra İtaliya ChatGPT-ni bloklamaq qərarına gəlib.
Şirkətdən bildirblər ki, açıq mənbə kitabxanasındakı səhvə görə ChatGPT-ni müvəqqəti olaraq söndürmək məcburiyyətində qalıblar. Bu zaman bəzi istifadəçilər chatbotdakı digər insanların mesajlarını görüblər.
Məlumatda bildirilir ki, istifadəçilərin bəzi şəxsi məlumatları, o cümlədən ödəniş kart məlumatlarının bir hissəsi də açıq olub. OpenAI bildirir ki, sızma istifadəçilərin 1%-dən bir qədər çoxuna təsir edib.
İtalyan tənzimləyicisinin bəyanatında həmçinin vurğulanır ki, ChatGPT-də yaş filtri yoxdur, baxmayaraq ki, xidmət 13 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.
OpenAI-nin İtaliya hakimiyyətinin xidmətlə bağlı məhdudiyyətinə cavab vermək üçün iki həftədən vaxtı var. OpenAI göstərilən müddətdə cavab verməsə, onu 20 milyon avroya qədər cərimə gözləyir.
ChatGPT təbii dillərdə sorğuları dəstəkləyən danışıq süni chatbotdur. Çatbot ötən ilin noyabrında istifadəyə verilib və geniş funksiyaları – kod yazmaq, mətnlər yaratmaq, tərcümə etmək, dəqiq cavablar almaq və s. funksiyaları ilə diqqəti cəlb edib.



