
Ukrayna XİN növbəti dəfə NATO-ya müraciət edib
Ukrayna Xarici İşlər Nazirliyi (XİN) növbəti dəfə NATO-ya müraciət edib.
Bu barədə məlumat nazirliyin tviter səhifəsində yer alıb.
“Rusiya Atom Elektrik Stansiyasını hədəf alıb. Deməli, NATO bu cür kritik obyektlərin təhlükəsizliyini təmin etməkdən ötrü Ukrayna üzərində uçuşa qadağa zonası yaratmalıdır. Beləliklə, mülki insanları xilas etmək mümkün olacaq”, – tviterdə qeyd edilib.



