KİV: “Rusiya hərbi təyyarəsi Gürcüstan üzərindən uçaraq İrəvanda enib”

Gürcüstanın hava məkanından Rusiyanın “IL-76” hərbi təyyarəsi keçib. Bu barədə “Mtavari arxi” telekanalı məlumat yayıb.

Bildirilib ki, bir neçə saat öncə Moskvadan havaya qalxan təyyarə daha sonra Gürcüstan üzərindən keçib və İrəvan hava limanında eniş edib.

Telekanalın məlumatına əsasən, Gürcüstan hökumətinin Rusiya hərbi təyyarəsinin uçuşuna icazə verib-verməməsi məlum deyil.

Hava gəmisinin Ermənistana uçuş məqsədinin təfərrüatları da bilinmir.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button