Aleksandr Kubışkin: “Konqresin bu təklifi “daxili səs-küydür…””

ABŞ Konqresinin Nümayəndələr Palatasına Vladimir Putinin 2024-cü ildə namizədliyini irəli sürmək qərarına gələrsə, onun Rusiya Federasiyasının prezidenti kimi tanınmaması ilə bağlı qətnamə layihəsi təqdim edilib. Sankt-Peterburq Dövlət Universitetinin professoru, amerikalı Aleksandr Kubışkin bu vəziyyəti belə şərh edib:

“ABŞ Konqresinin üzvləri Stiv Koen və Co Vilson Nümayəndələr Palatasına Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə yeni müddətə namizədliyini irəli sürmək qərarına gələrsə, onun dövlət başçısı kimi tanınmaması təklifini təqdim ediblər. Onların təklif etdiyi qətnamə layihəsində Rusiya Federasiyasının Konstitusiyasına 2020-ci ildə qəbul edilmiş dəyişikliklərin Rusiya qanunlarına və beynəlxalq öhdəliklərinə zidd olduğu iddia edilir.
Prezident Vladimir Putinin cari və son səlahiyyət müddəti 2024-cü il mayın 7-də başa çatdıqdan sonra vəzifəsində qalmaq üçün istənilən cəhdi ABŞ tərəfindən tanınmaması ilə nəticələnməlidir”, – sənəd layihəsində deyilir.
Qətnamə qəbul edilərsə, məsləhət xarakterli olacaq”.

Aleksandr Kubışkin sənədin məqsədlərindən birinin diqqəti ABŞ-da son illərdə seçki kampaniyaları ilə müşayiət olunan qalmaqallardan yayındırmaq olduğu fikrini bildirib:
“Bu,”daxili səs-küydür “… Amerikalılar Rusiyadakı (gələcək) seçkiləri öz seçkiləri ilə qalmaqallar fonunda qiymətləndirir, problemləri ağrılı başdan sağlam başa keçirirlər. Digər tərəfdən də diqqəti özlərindən birtəhər yayındırmağa çalışırlar”.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button