Əvəz Zeynallının məhkəmə prosesi davam edəcək – VİDEO

19.11.2012

20 noyabr 2012-ci il saat 10.00-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edəcək. Prosesdə Əvəz Zeynallının ifadə verəcəyi gözlənilir.

Xatırladaq ki, Əvəz Zeynallı baş redaktoru olduğu “Xural” qəzetinin gündəlik nəşrinə başlarkən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamında olan bir qrup məmur “Xural” qəzetinin nəşrinin dayandırılması üçün bütün qüvvlərini səfərbər ediblər. İstədiklərinə nail olmayan R.Mehdiyev baş redaktoru saxta ittihamlarla həbs etmək qərarına gəlib və parlamentə təyinatını verdiyi Gülər Əhmədovanı baş redaktora şər atmağa sövq edib və G.Əhmədovanın saxta ittihamları ilə, ortada heç bir rüşvət faktı olmadan  Əvəz Zeynallı CM-in 311.3.3 və 311.3.4 maddələri üzrə şantaj yolu ilə pul tələb etməkdə ittiham olunaraq həbs edilib. Məhkəmə R.Mehdiyevin siyasi sifarişini həyata keçirdiyi təqdirdə, hazırda 13 aydır ki, istintaq və məhkəmə araşdırması altında həbsdə saxlanılan Ə.Zeynallı daha bir neçə il müddətinə azadlıqdan məhrum ediləcək.

Dünya ictimaiyyəti, beynəlxalq insan haqları və jurnalist təşkilatları, o cümlədən Avropa Şurası İnsan Haqları Komitəsi Əvəz Zeynallının peşə fəaliyyətinə görə həbs olundugunu və ona görə də “vicdan məhbusu” olduğunu qəbul edərək,  dərhal həbsdən azad olunmasını tələb edirlər.

Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan haqları komitəsi 2012-ci il iyunun 26-da alman deputat Kristofer Ştrasserin “siyasi məhbus”lara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini 02.07.2012 tarixində qəbul edib. Qətnamə layihəsində Azərbaycan hakimiyyəti hazırda həbsdə olan 89 siyasi məhbusu azad etməyə çağırılır. Hazırda 17 nəfərin azad olunduğu məlum siyahıda Əvəz Zeynallının da “siyasi məbus” olaraq həbs olunduğu qeyd edilib.

QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button