Əli Əsədov: “Ermənistanla sərhədin tezliklə delimitasiya və demarkasiyasının tərəfdarıyıq”

Azərbaycan beynəlxalq hüquq və normalar çərçivəsində Ermənistanla sərhədin tezliklə delimitasiya və demarkasiyasının tərəfdarıdır.
Xural.com xəbər verir ki, bunu bu gün MDB hökumət başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı Azərbaycanın Baş naziri Əli Əsədov bildirib.
O qeyd edib ki, Rusiya Federasiyasının sülhməramlı səyləri, o cümlədən Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyəti, şübhəsiz, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə xidmət edir: “Azərbaycan bu mövqedən çıxış edir ki, Ermənistanla münaqişə artıq geridə qalıb”.
Əsədov əlavə edib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması həm Azərbaycan, həm Ermənistanın, həm də regionun bütün ölkələrinin maraqlarına xidmət edəcək.
Baş nazir qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq və normalar çərçivəsində hər iki ölkənin ərazi bütövlüyü nəzərə alınmaqla Ermənistanla sərhədin tezliklə delimitasiya və demarkasiyasının tərəfdarıdır.
Əli Əsədov çıxışı zamanı bildirib ki, Ermənistanla müharibənin bitməsindən keçən bir il ərzində Azərbaycan Qarabağ ərazisində 20 min hektara yaxın ərazini minadan təmizləyib: “2020-ci ilin noyabrından bəri Azərbaycanın 167 vətəndaşı minaya düşüb, ikisi jurnalist olmaqla 30-dan çox şəxs həlak olub”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button