Mher Qriqoryan: “Bakı müqavilələrin yerinə yetirilməsinə zərbə vurur”

Erməni yenə yalana əl atdı...

Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan MDB iclasında müharibə zamanı Azərbaycanın vurduğu çoxsaylı dağıntılara diqqət çəkib, həmçinin destruktiv mövqedən xəbərdarlıq edib.

“Azərbaycan “Dağlıq Qarabağ” üzrə əldə edilmiş razılaşmaların icrasına zərbə vurmaqda davam edir”, – Ermənistan baş nazirinin müavini Mher Qriqoryan MDB ölkələrinin hökumət başçılarının onlayn iclasında bunu bildirib: “İlk növbədə, söhbət çoxsaylı erməni hərbi əsirlərin saxlanmasından gedir ki, bu da təkcə 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 8-ci bəndinin deyil, həm də beynəlxalq humanitar hüququn pozulmasıdır.
Azərbaycanın baş naziri Əli Əsədov çıxışında Ermənistanı “Qarabağda kütləvi dağıntılar”, minalanmış sahələrin dəqiq xəritələrini ötürməkdən imtina etməkdə, məscidlərin dağıdılması və ya təhqir edilməsi, ətraf mühitə dəymiş ziyan və s.-də ittiham edib.
Qriqoryan isə Azərbaycanın “Dağlıq Qarabağ” əhalisinə qarşı başlatdığı müharibənin nəticələrindən danışıb. 30 il müddətində Azərbaycanın şəhər və kəndlərini xarabalıqlara çevirən Qriqoryan iddia edib ki, müharibə nəticəsində 40 min erməni evsiz və əmlaksız qalıb: “17 min mülki obyekt dağıdılıb, bir neçə min insan, o cümlədən dinc sakinlər həlak olub və yaralanıb. Çoxlu insanın taleyi hələ də məlum deyil”. Ermənistan baş nazirinin müavini mövcud vəziyyətə toxunaraq vurğulayıb ki, Bakı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların regionda kommunikasiyaların blokdan çıxarılması haqqında müddəalarını ardıcıl olaraq təhrif edir. Onun sözlərinə görə, Azərbaycan güc tətbiqi hədələri ilə müşayiət olunan dəhliz ideyasını müzakirə edir.
“Dağlıq Qarabağ münaqişəsini aqressiv ritorika və düşmənçilik hərəkətləri və güc yolu ilə həll etmək olmaz. Münaqişənin həllinə yalnız ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh danışıqları yolu ilə nail olmaq olar”, – Qriqoryan vurğulayıb.
Bir il əvvəl Moskvanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli bəyanatın imzalandığını xatırladan Qriqoryan bildirib ki, Ermənistan Rusiya müttəfiqlərinin səylərini yüksək qiymətləndirir. İrəvan həmçinin təmas xətti boyunca yerləşdirilmiş Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndirir.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button