
Əvəz Zeynallının məhkəmə prosesi yenə də təxirə salındı
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam etməli idi. Prosesdə millət vəkili Gülər Əhmədovanın iştirakı və baş redaktorun açıqlamaları gözlənilirdi.
Lakin gözlənildiyi kimi, Gülər Əhmədova qanunun tələblərinə tabe olmayaraq ikinci dəfədir ki, məhkəmədə iştirak etməyib. Cəmi bir nəfər şahid qismində məhkəmədə iştirak etməyə gəlib. Baş redaktorun vəkili Elçin Sadıqov Ali Məhkəmədə başqa bir prosesdə iştirak etdiyi üçün hakim Ramella Allhverdiyevanı xəbərdar etdiyini və prosesin müddətini 1 saat təxirə salmağı xahiş etdiyini bildirib.
Razılıq əldə olunsa da, hakim vəkillərin prosesə qatılmadığını əsas gətirərək, məhkəməni iyulun 25 saat 11.00-dək təxirə salıb.
Xatırladaq ki, baş redaktorun iyulun 11-də keçiriləcək məhkəmə prosesi hakim Ramella Allahverdiyevanın rahatsızlığı səbəbindən baş tutmamışdı. Həmçinin prosesdə iştirak etməli olan nə millət vəkili Gülər Əhmədova, nə də digər şahidlər məhkəməyə qatılmamışdı. O səbəbdən də Ə.Zeynallı prosesin təxirə salınmasını hakimin rahatsızlığı ilə deyil, məhz şahidlərin məhkəmədə iştirak etməməsi ilə əlaqələndirmişdi.
QEYD: Məhkəmələr açıq keçirilir. Bütün müstəqil jurnalistlər, beynəlxalq insan haqları və jurnalistlərin hüquqlarının müdafiə təşkilatlarının nümayəndələri, Azərbaycanda söz və ifadə azadlığının, müstəqil mətbuatın müdafiəçiləri məhkəmələrə dəvətlidirlər.
XuralTAC





ƏVƏZƏ AZADLIQ! Bu şüarı bütün Azərbaycan deməlidir