Əvəz Zeynallının apellyasiya şikayətinə mayın 1-də baxılacaq

EB21397A-7002-47D4-B02E-DA567EB5BDB8_w640_r1_s_cx0_cy26_cw0Mayın 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə “Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının şikayəti üzrə ilkin baxış iclası keçiriləcək. Bu barədə vəkil Elçin Sadıqov bildirib. Şikayətdə birinci instansiya məhkəmənin hökmünün ləğvi və Ə.Zeynallıya bəraət verilməsi əksini tapıb.

O, əlavə edib ki, Vergilər Nazirliyi də apellyasiya şikayəti verib. “Lakin nazirliyin apellyasiya şikayətini tanış olmaq üçün bizə vermədilər” – deyən vəkil əlavə etdi ki, “Xural” qəzetinin cərimələnməsi barədə sifarişli qərar çıxarıldığı halda, nazirliyin apellyasiya şikayəti verməsi başadüşülən deyil.
Xatırladaq ki, Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın şikayəti ilə 2011-ci il oktyabrın 28-də həbs edilib.
Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanmış, daha sonra isə ona qarşı Cinayət Məcəlləsinin 306-cı (məhkəmə qərarlarını icra etməmə) və 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülmüşdü. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə kommersiya müəssisəsində rəhbər vəzifə tutmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdə 4076 manat vergi borcu dövlət büdcəsinə ödənilməsi də qeyd olunur.
Qeyd edək ki, Əvəz Zeynallının cinayət işində əsas şikayətçi olan Gülər Əhmədova fevralın 13-də Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunaraq barəsində 3 ay həbs qətimkan tədbiri seçilib və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button