Əvəz Zeynallı həqiqətləri – IX HİSSƏ

Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində verdiyi İFADƏ-nin ictimai əhəmiyyətini nəzərə alaraq, onu olduğu kimi Oxucularımızın ixtiyarına veririk. 10 Hissədən ibarət olan ifadə ilə tanış olduqdan sonra,  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının timsalında  Azərbaycan müstəqil mətbuatının susdurulması üçün yüksək çinli məmurların hansı cinayətlərə əl atması açıq-aşkar görünür.

IX HİSSƏ 

İş adamını şantaj

N.Almanqızıdan daha bir şantajın ünvanını öyrənirik. Sən demə, haqqını axtaran bir iş adamını düz Hökumət Evinin qarşısında – həm də jurnalistlərin gözlərinin önündə şantaj edibmiş. Bu adam Azərbaycanın 15 illik deputatıdır. Və… Ramiz Mehdiyevin pul yığanıdır.

Bəs, bu pullar harada olub? İstintaq N.Almanqızının bu harayları ilə maraqlanmayıb, onu axtarmayıb, onun taleyilə ilgilənməyib.

İstintaq onu da soruşmayıb ki, sən bir deputat ola-ola bu qədər pulu haradan alırdın ki, sağa-sola paylayırdın? Bu sual indi məni də maraqlandırmır – ancaq G.Əhmədovanın məşhur kaseti açıqlanana qədər maraqlandırırdı. İndi bizim üçün aydındır ki, onun maliyyələşməsinin kökündə deputat kreslosunun satışından gələn pulların faizi dayanırmış. Dünyanın ən çirkli və ləkəli işi ilə məşğul olan bu deputat təkcə öz partiyasına yox, bütün mədəni Azərbaycana ləkə oldu.

“Azəriqazbank”ı arşdıran jurnalisti şantaj

 Ötən aylarda mətbuat araşdırması zamanı məlum oldu ki, G.Əhmədova hazırda həbsdə olan “Kamran” MMC-nin rəhbərlərinin işinə kömək üçün “Azəriqazbank”dan 2.300.000 manat kredit götürüb və bu pul batıb. O da məlum oldu ki, Gülər onlarla üzləşməli ikən üzləşmədən imtina edib. Eynilə məndə olduğu kimi – deputat toxunulmazlığını əsas gətirərək.

Həmin G.Əhmədova faktı qoydu bir kənara, başladı araşdırmanı aparan jurnalisti şantaj etməyə. Mətbuata beləcə də dedi: “…jurnalisti tapmışam, onu cəzalandıracağam”…

“Xural”ın kollektivi hədələnir

 Həmin G.Əhmədova 22.11.2011-ci ildə “Yeni Musavat” qəzetində kollektivimi və ailəmi təhdid edib. Yenə silahla – başlarına silah sıxmaqla.

Bundan heç 10 gün keçmir ki, kollektivim real hədə-qorxu zəngləri alır. Anar Mahmudoğlu, ailəsi, Kamran Zamanlı hədə-qorxuya məruz qalır və mən əminəm ki, bunun da izi sabiq deputata çıxır.

Həmin G.Əhmədova bunlarla da kifayətlənmir. Öz təsirində olan mətbu qurumlarda, məxsusən özünün baş redaktoru olduğu “Mərkəz” qəzetində haqqımda ən təhqiramiz yazılar yazdırır və onu pul verib reklam müqaviləsi bağladığı saytlarda reklam etdirir. Bu yazılarda nələr yox idi. Özüm, ailəm ən ağır ifadələrlə təhqir olunur. G.Əhmədova bunu Səbuhi Abbasov adlı birinin adı və qələmi ilə edir, amma hiss olunur ki, bu yazılardan bəzilərini özü yazıb.

G.Əhmədova E.Abdullayevi şantaj edir

Ölkəni və dünya ictimaiyyətini şoka salan son rüşvət videosu ilə Gülərin şantajının daha önəmli bir detalı ortaya çıxdı. Onu deputat seçdirmək üçün nə az, nə də çox 1.000.000 dollar pul tələb edirdi deputat. Daha 1.000.000 dolları isə itgin düşən qardaşını axtarıb tapmaq üçün. Həmin videoda aydınca görünür ki, G.Əhmədova E.Abdullayevi şantaj edir, ona hədə-qorxu gəlir,onu fiziki cəhətdən məhv etməklə hədələyir. Çox qəribədir ki, bu fiziki cəhətdən məhv etmək məsələsini biz artıq mənim həbsim məsələsində də gördük. İnsanı məhv etmək və onu ortadan götürmək G.Əhmədovada sanki adətdir. Gülər israrla “oğlanlarım Əvəzi öldürə bilərdi” deyir. Orada E.Abdullayevə də eyni şeyləri deyir: “Çaşanı bilirsən nə edirlər?”

G.Əhmədova BMT-ni şantaj edir

E.Abdullayev olayından sonra müxtəlif iddialar meydana çıxdı. BMT-nin Bakı ofisində çalışan bir nəfər 10 il əvvəl baş vermiş olayı xatırlatdı və yazdı. Onun dediyinə görə, G.Əhmədova yediyi 10.000 dolların hesabını tələb edəndə BMT-nin Bakı ofisinin rəhbərini və təmsilçisini təhqir edib və onları şantaj edib. Hesabat soruşan BMT işçilərinə hədə-qorxu gəlib və beləcə də deyib: “Siz bilirsiniz mən kiməm? Başınıza nə oyun açaram?”. Bu üslubu adətən mafiya üzvləri istifadə edir. Diqqət edin, mənim işimdə də G.Əhmədova deyir: “Ona başa salmaq istəyirdim ki, mən sənin səsini yazmışam, otur yerində”. Üslub eynidir. Bu qadın şantaj və hədə-qorxuda sərhəd tanımır. Onun üçün universitet rektoru da eynidir, BMT təmsilçisi də, baş redaktor da. O, adamları qorxutmaqdan çəkinmir, bu da E.Abdullayevin qardaşı M.Abdullayevin oğurlanmasını və biryolluq itməsini yada salır…

Xatırladım ki, E.Abdullayev deyir ki, qardaşının oğurlandığı 2003-cü il oktyabrın 13-nün sabahı günü, oktyabrın 14-də G.Əhmədova onun ofisinə gəlib və öz xidmətini təklif edib. Deməli, G.Əhmədova həm də adam oğurluğu ilə məşğul olan dəstənin üzvüdür.

G.Əhmədova YAP-ı şantaj edir…

Hökuməti təhdid edir…

Həmin G.Əhmədova heç nədən çəkinmədən mənsub olduğu, özünü əsgəri adlandırdığı Yeni Azərbaycan Partiyasını şantaj etdi. Təkcə onu tənqid edən partiyadaşları ilə kifayətlənmədi, YAP-ın icraçı katibi Əli Əhmədova öz facebook səhifəsində “xoruz baba” yazdı. “Banladı, hinə soxdular”dedi G.Əhmədova. O, bu açıqlaması ilə öz saytında mənim haqqımda yazdırdığı təhqiramiz üslubu təkrarladı. Təhqir, böhtan, şər sanki onun həyat tərzidir. Və bu işdə Gülər sərhəd tanımır. O, hətta “ağzını açsa” İlham Əliyevi, Mehriban Əliyevanı da şərləyər. Zatən “Fransa-Azərbaycan” Dostluq qrupundakı yerini M.Əliyevaya tərk edəndən sonra onun əleyhinə kampaniya apardığını bilənlərdən biri də mənəm. Mənim redaksiyama qadın əxlaqına yaraşmayacaq alçaqlıqla səsimi yazmağa gələndə, etdiyimiz söhbətdən  də saxta ekspertiza Mehriban xanım haqqında işlətdiyi cümləni çıxarıb. Orada mən Nigarın M.Əliyevaya müraciət edəcəyini dedim. Gülər cavabında: “Mən Mehriban, İlham hərləmirəm” demişdi. Onun stili budur. Kişilərdən çox içər, kişilərdən çox sərxoş olar və kişiləri utandıracaq həddə söyüş söyər. Bilənlər bilir…

G.Əhmədovanın saçlarını düzəltdirdiyi bərbərin yanında İlham və Mehriban Əliyevaların əleyhinə danışdıqlarını isə mətbuatda çoxdan yazıblar. Onu da yazıblar ki, Moskvada fəaliyyət göstərən falçı Zirəddin Gülərin dostlarından biridir və o, Gülər üçün İlham və Mehriban Əliyevaların kabinetində olan şəkillərinin arxasına dua yazıb yerləşdirib. Yəni Gülərin cəsarəti sonsuzdur və  onun “ağzımı açdırmayın” hədəsi birbaşa hakim ailəyə də ünvanlana bilər. Ona görə ki, özünü çox imtiyazlı hesab edir. İ.Əliyevin onu Moskvada necə müalicə etdirdiyini və bunun üçün 60 000 dollar xərclədiyini çoxlarına danışıb.

Bütün siyasi ömrünü şantaj, hədə-qorxu, üzədurma ilə keçirən YAP Siyasi Şurasının üzvü, təxminən 10 ciddi vəzifə daşıyan, Respublika Uşaq Təşkilatının sədri, YAP-ın 15 illik deputatı Gülər Əhmədova haqqında ən doğru sözləri bu ölkəni və YAP-ı idarə edənlər, YAP-ın orqanı “Səs” deyib. Nə deyiblər onlar?

YAP-çılar Gülər Əhmədova haqqında nə deyirlər?

Özünü qorumaq üçün pulyığanını qurban verməyə məcbur olan PA rəhbəri R.Mehdiyev:

 “Dələduzdur”.

YAP icraçı katibinin müavini Siyavuş Novruzov: “…G.Əhmədova YAP-ın sədr müavini – icra katibi Əli Əhmədov haqqında bəzi şeylər yazır. İnsan özünü bir tərəziyə qoymalıdır ki, kim kimdir, mən kimin haqqında nə yazıram, hansı hallarda bu söhbətləri mən apara bilərəm.  YAP-ın sədr müavini Əli Əhmədovun fikrinə şərh verməyə birinci qabiliyyət, ikinci düzlük lazımdır. Bu keyfiyyətlərə malik olmayan insanlar özlərini ortaya atmasınlar.

… Burada dələduzluq məsələsi var. Bu dələduzluq məsələsi də prokurorluq orqanları tərəfindən ciddi şəkildə araşdırılmalıdır, qanun tələb etdikdə həbs-qətimkan tədbirləri də seçilməlidir. Fikrimcə, artıq həmin addımların atılması gözlənilən ərəfədəyik. Artıq kimlərsə axtarışa verilməlidir. Ortada fakt var. Bu fakta əsasən də rüşvət verən və rüşvət alan tərəflər- hər ikisi məsulliyyətə cəlb olunmalıdır…

İki dələduzun hansısa addımları atmasından şantaj kimi istifadə etməyə çalışanlar da tapılır. Onsuz da beynəlxalq aləmdə ədalətsizlik mövcuddur və bundan da ölkəmizə qarşı istifadə olunmasına şərait yaradırlar”.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP-ın qurucularından olan Eldar İbrahimov:

 “ Yeni Azərbaycan Partiyası G.Əhmədovanı öz sıralarından tezliklə çıxarmaq məsələsini həll etməlidir.

Hansısa qüvvələrə söykənərək belə ifadələr işlədir. Ona görə də bu məsələ ilə bağlı konkret qərar verməyin vaxtıdır.

Mən yalnız onu deyə bilərəm ki, G.Əhmədovanın E.Abdullayevlə olan videosuna baxanda burada hüquq-mühafizə orqanına ehtiyac qalmır. Onlar bir-birilərinin kim olduqlarını danışıqlarında açıq şəkildə bildirirlər.

Mən yalnız onu deyə bilərəm ki, hələlik partiyadan kənarlaşdırılmaması bəlkə də onda müəyyən arxayınçılıq yaradır və o, bundan istifadə edərək, YAP-ın rəhbərliyinə qarşı böhtan və təhqir dolu ifadələr işlədir. Hesab edirəm ki, G.Əhmədovanın tezliklə YAP-dan çıxarılma məsələsi həll edilməlidir. Eyni zamanda prokurorluq orqanları G.Əhmədova barədə həbs-qətimkan tədbiri seçməlidir.”

YAP icraçı katibi Ə.Əhmədov: “G.Əhmədova dələduzluq edib və Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etmək hüququnu itirib. Belə fəaliyyətlər YAP-a ləkədir”.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli:

“Düşünürəm ki, belə mənəviyyatsız, iyrənc adamlar parlamentdə olmamalıdır. Bu adamın necə və kim olduğunu təəssüf ki, həm parlamentdə, həm də cəmiyyətdə yaxşı bilirlər. İctimai rəyi çaşdırmaq olmaz, aldatmaq olmaz. Belə olmalı idi, başqa cür də ola bilməzdi. Özü ilişdi, özü-özünü cəzalandırdı, ifşa etdi.

Bu qadının “facebook oyunu”, xarakterinə və xislətinə xas əməli onu bir daha ifşa etdi. Çox sevindim ki, modern.az saytında onun “uşaq” şeirinə bir maraqlı və kəskin şeirlə cavab vermişdi. Çox təəssüf ki, saytdan o şeiri nədənsə tez çıxartdılar. Amma “Səs” qəzetində onun “Uşaq” şeirinə cavab şeirləri indi də gedir. G.Əhmədova o şeirə layiq adam idi, o hərəkətlərin cavabı belə də olmalı idi.

Məndə və deputat həmkarlarımda bu adam haqda heç vaxt standart, müsbət fikir olmayıb. Bunu mən demirəm hamısı deyir: Bir fırıldaqçı cəmiyyətdə vəzifə tutur, hörmət sahibi olan min nəfərə ləkə gətirdi.

Gülər Əhmədova barədə fikirlərim qətidir, 16 il əvvəl bu fikirlər məndə formalaşıb.  Bu qadın Azərbaycan hakimiyyətinə və parlementinə heç vaxt şərəf gətirməyib. Bu adam bütün dövrlərdə intriqalarla məşğul olub. Gənclər təşkilatında işləyəndə dalaşıb, yerini dəyişiblər. Respublika Uşaq Təşkilatında çalışanda İsmayıl İbrahimov kimi ağsaqqal adamın yerinə göz  dikib. Otağını əlindən alıb, gərginliklər yaradıb. Münasibətdə olduğu elə bir adam olmayıb ki, onunla münaqişəsi olmasın. Bu gün Yasamal rayonunda tikinti təşkilatlarının rəhbərləri var, bu dəqiqə hazırdırlar ki, G.Əhmədova tərəfindən onlara qarşı edilən haqsız əməllər barədə danışsınlar. Kimlə ünsiyyətdə olubsa, ona qarşı xoşagəlməz əməllər edib.

O, bütövlükdə parlamentə layiq adam deyildi.

Sevinirik ki, parlamet belə adamlardan təmizlənir və hakimiyyətə bir daha göstərir ki, belə adamların heç birinə sıralarımızda yer yoxdur, onlara qarşı qanunlarımızın ən kəskin tələbləri ilə cəza veriləcək.

G.Əhmədova Yasamal rayon təşkilatlarında qeydiyyatdadır, o, bu günlərdə partiyadan xaric olacaq. O adam bizim partiyanın sıralarında ola bilməz.

Qadın üçün “dələduz” sözündən ağır söz olmaz. Zaman göstərəcək ki, o, sözün tam mənasında dələduzdur. Heyif ki, bu qalmaqaldan Gülər çox təmiz və hörmətli adamların adlarını çəkir, onlara ləkə yaxır. Ayıb olsun”.

“SƏS” qəzetinin şeirləri.

I şeir:

Ay oxucu, bu, həminki Gülərdi,

Rüşvəti alıb iş görəndə gülərdi.

Elşadları aciz quzu bilərdi,

Zəli kimi daraşardı canına,

Susayardı qurbanının qanına.

Sağa-sola çapıb, rüşvət götürdü,

Zaman keçdi, bir tək səbir gətirdi,

Bundan sonra mandatını itirdi,

Acizləşib, döndü aciz çəpişə,

Rəvac verdi, yad qəzetdə çəp işə.

İndi onun son anıdır… itirir,

Vaxt çatanda cəzasını alacaq,

Türmələrdə xəyallara dalacaq.

 II şeir

 Bu gün Gülər, dönüb olub qırt fərə,

Yüz xoruzla hinə girib, min kərə,

Elşada da getmək istərdi ərə,

Diləyərdi tarlasını şumlasın,

İki milyon verdiyini mumlasın.

 Zamanında yedi xoruz başları,

Hər biriyçün axıtdı göz yaşları,

Mandat getdi, tökdü başa daşları,

Bu əməldən nə utandı, ar etdi,

Cəmiyyətdə öz adını xar etdi.

Gülər özü suyuşirin Fərədi,

Meyli – pullu Elşad kimi ərədi.

Xoruzlarla görüş yeri dərədi,

Cuqqultuya ilkin edir özü səy,

Görüş yeri: Dərə xəlvət, tülkü bəy.

XuralTAC

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button