Əli İnsanov toya buraxılmadı

Haqq və Ədalət Partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov Bakıda getdiyi toya buraxılmayıb.

Ə.İnsanov noyabrın 27-də Xətai rayonunda yerləşən şadlıq sarayında keçirilən toyda iştirak etmək istəyib. Siyasi fəal İlkin Rüstəmzadənin bacısının toyuna gedən Əli İnsanovun yoxlama zamanı vaksin olunmadığı məlum olub.

Ə.İnsanov restoran inzibatçısı tərəfindən toyun keçirildiyi zala buraxılmayıb və geri qaytarılıb.

Siyasi analitiklər hesab edirlər ki, bu addımın atılması təsadüfi deyil. Əli İnsanovun bir sıra fəal müxalifət partiya liderlərilə görüşməsi və onları bir araya gətirmə cəhdi hakimiyyətin HƏP sədrinə münasibətlərini sərtləşdirib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button