Əli Hüseynli: “Media haqqında” qanun layihəsi mükəmməl hazırlanıb”

Media nümayəndələri olmadan hazırlanan “Media haqqında” qanun layihəsi Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin fikrincə, qanunvericilik baxımdan mükəmməl hazırlanan sənəddir.

 Əli Hüseynli o qənaətdədir ki, hamı media ilə təmasdadır: “Yeni layihə ilə bağlı işçi qrupları çərçivəsində bir çox görüşlər və müzakirələrin keçirilməsi nəzərdə tutulub. Əsəs hədəf odur ki, yeni qanun layihəsi qanunvericilik və hüquqi baxımdan mükəmməl, eləcə də cəmiyyəti qanedəcək səviyyədə olsun”.

Qeyd edək ki, sözügedən qanun layihəsi ölkənin aparıcı və müstəqil mətbuat nümayəndələrinin iştirakı və rəyi olmadan hazırlanıb.

“Xural” Media qrupunun rəhbəri Əvəz Zeynallı hesab edir ki, hazırda təqdimata verilən “Media haqqında” qanun layihəsi mürtəce qanundur və əgər o bu şəkildə qəbul olunarsa, ölü doğulacaq və işləməyəcək: “Çünki mediadan xəbərsiz parlamentə daxil olan layihə cəmiyyət və mətbuatdan çox məmurların maraqlarına xidmət edəcək. Bir sözlə mətbuat üzərində senzura yenidə ölkəyə qaytarılır.  Deməli, bu qanundan ancaq mətbuata təzyiq kimi istifadə olunacaq”

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button