Ə.Zeynallını izləmək üçün təcridxanaya xüsusi adamlar göndərilir?

28.07.2012

 Hazırda AR Penitensiar Xidmətin 1 saylı Bakı istintaq Təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı iyunun 25-də təcridxananın rəisi Elxan Sadıxova müraciət edib. Müraciətdə deyilir:

“Xırda detallar istisna olmaqla, saxlanılma şəraiti barəsində heç bir narahatçılığım yoxdur. Zaman –zaman bəzi  problemlər yaşansa da, sonradan qaydasına qoyulur. Amma bir məqam var ki, o haqda dəfələrlə sizə demək istəsəm də, məsələni böyütmək arzusunda olmamışam. Lakin, növbətçi hissədə xidməti vəzifəsini yerinə yetirməyə borclu olan Vahid Əliyev adlı adamın bəzi hərəkətləri məni sizə müraciət etməyə vadar edib. Bu adam sanki məni xususi izləmək və haqqımda məlumat toplamaq üçün təlimatlandırılıb. Hətta həkimə çıxmağım, soyuducudan yemək götürməyim belə bu adam tərəfindən problemə çevrilir. O dəfələrlə belə problemləri şəxsən yaratdıqdan sonra haqqımda təcridxana rəhbərliyinə yanlış məlumatlar verir, yalan məruzə etməkdən yorulmur. Onun haqqında məlumat toplayarkən məlum oldu ki, ona hətta təcridxana rəhbərliyinin də sözü keçmir və o heç bir qayda-qanuna riayət etmir. Bir neçə gün əvvəl də heç bir problem olmadan, hər hansı bir hadisə yaşanmadan sizə əsassız müraciət edib və mənim haqqımda mənfi rəy yaratmağa çalışıb. Bu adam vəzifə səlahiyyətlərini yerinə yetirməkdən daha çox ora təxribat törətmək üçün təyin olunan adama bənzəyir. Bəlkə Vahid Əliyev məni həbs etdirənlərin adamıdır? Bəlkə mənə qarşı məkrli bir niyyət var? İşi-gücü məni izləmək və haqqımda yalan rəy yaratmağa çalışan adam haqqında başqa nə düşünmək olar? Mən onsuz da təcridxanadayam və saxta ittihamlarla burada girov saxlanılıram. Üzərimdə daha bir nəzarəti istəmirəm. Xahiş edirəm, Vahid Əliyevin kimliyi araşdırılsın. Hansı səbəblə məni təqib etdiyi ortaya çıxarılsın və cəzalandırılsın. Əks təqdirdə ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalacağam.”

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button