
Ziyad Səmədzadə: “Azərbaycan Qarabağın bərpası üçün borc götürməyib”
“Azərbaycanın borclanma siyasəti ölkənin milli maraqlarına cavab verir”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ziyad Səmədzadə “Dövlət borcu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin I oxunuşunda müzakirəsində bildirib.
“Bu gün Azərbaycandan da çox borc alan ölkələr var. Amma borclanmanın bir həddi olmalıdır. Çox sevindiricidir ki, bu gün Azərbaycanda dövlət borclanması ilə bağlı müəyyən hədlər müəyyən edilib. Ölkəmiz işğaldan azad olunmuş ərazilərini bərpa etmək üçün belə borclanmaya getməyib”, – deyə o qeyd edib.



