
Atalar və balalar! Ata talançı, bala talançı. Ata gözdən pərdə asır, oğul gözə kül üfürür. Kəmaləddin Heydərovun oğlu “Azərbaycan Avropa Cəmiyyəti”nə ayrılan pulları “ictimailəşdirir”, amma ortada bir dənə də olsun nailiyyət yozdur. Ziya Məmmədovun oğlu Anar da “Azərbaycan-Amerika Alyansı” vasitəsilə dövlətin milyonlarını əcnəbilərə bahalı ziyafətlərə xərcləyir, ancaq səs küydən başqa bir işə yaramır. Bu iki balanın xərclədiyi milyonların əvəzində hansısa bir uğur qazanılbmı? Yox. Tale Heydərovun təşkilatı Londonda ermənilərə məğlub oldu.

Bəs Anar bala? “Yeni Müsavat” qəzeti yazır ki, Anar Məmmədovun təşəbbüsü ilə Vaşinqtonda bir sıra konqresmenlər və senatorlar da daxil, 500 amerikalı üçün havayı yeyib-içmək məclisi təşkil olunmuşdu. Neçəyə başa gəlib və kim ödəyib? Qəzet yazır ki, belə bahalı ziyafətləri təşkil etmək üçün “Fabiani & Company” lobbi şirkətinə təkcə son illərdə üst-üstə 5 milyon dollar pul ödənib. Deyilənlərə görə, qeyri-rəsmi məbləğ daha çoxdur. Tale və ya Anar öz ciblərindən ödəmişlər? Zarafat edirsiz? Əlbəttə yox. Dövlətin pulu dura-dura şəxsi pulunu niyə xərcləsinlər! Ayıb deyil. Bəs bu 5 milyon dollar və müftə ziyafətlər İlham Əliyev hakimiyyətinə bir fayda verdimi?

Nə fayda? Əksinə, zərər verdi. ABŞ Konqresinin 16 senatoru bu günlərdə İlham Əliyevə sərt məktub yazaraq Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında və mətbuat azadlığının təmin edilməsində ciddi məhdudiyyətlərin olmasından narahat olduqlarını qeyd ediblər. Anar Məmmədovun bahalı şərablarının heç köməyi olmadı. Senatorlar həbsdə olan siyasi məhbusların dərhal azad olunmasını Azərbaycan prezidentindən tələb ediblər.

Bu məktub senator Richard Durbinin təşəbbüsü ilə hazırlanıb və aşağıdakı senatorlar tərəfindən imzalanıb: Barbara Boxer, Benjamin Cardin, Dianne Feinstein Ron Johnson, Mark Kirk, Patrick Leahy, Markey, John McCain, Robert Menendez, Chris Murphy, Gary Peters, Jack Reed, Marco Rubio, Jean Shaheen və Sheldon Whitehouse. Qəribə olan odur ki, bu şəxslər Anar Məmmədovun Vaşinqtonda 500 nəfər üçün təşkil etdiyi ziyafətdə iştirak ediblər…”