Ziya Məmmədovun oğlunun Londondakı lüks restoranları – Fotolar

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı yeni məlumatlar yayılıb. Jurnalist-bloqer Cavanşir Həsənli Anar Məmmədovun Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olduğunu bildirib. 

Cavanşir Həsənli həmçinin Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət “KFC franchise” şəbəkəsini də aldığını açıqlayıb.

Bundan əlavə C.Həsənli Anar Məmmədovun Londonda elit restoranının da olduğunu qeyd edib. “ Londonda elit restoran Anar Məmmədova 4 milyon funt sterlinqə (8.4 milyon manat) başa gəlib”, – deyə bloqer əlavə edib.

O, mövzu ilə bağlı sənədlərin fotolarını da yayıb.

Qeyd edək ki, 2018-ci ildə mətbuatda Anar Məmmədovun İngiltərəyə etdiyi yatırımlar qarşılığında bu ölkənin vətəndaşlığını alması barədə məlumatlar yayılmışdı.







Qeyd edək ki, 7 il əvvəl (JULY 11, 2015siyasi icmalçı Mirzə Xəzər Ziya Məmmədovun oğlu Anar Məmmədovun 5 milyon dolları nəyə xərcləməsilə bağlı şərh yazısı dərc etdirib. Məqalədə deyilirdi ki,

onor

Atalar və balalar! Ata talançı, bala talançı. Ata gözdən pərdə asır, oğul gözə kül üfürür. Kəmaləddin Heydərovun oğlu “Azərbaycan Avropa Cəmiyyəti”nə ayrılan pulları “ictimailəşdirir”, amma ortada bir dənə də olsun nailiyyət yozdur. Ziya Məmmədovun oğlu Anar da “Azərbaycan-Amerika Alyansı” vasitəsilə dövlətin milyonlarını əcnəbilərə bahalı ziyafətlərə xərcləyir, ancaq səs küydən başqa bir işə yaramır. Bu iki balanın xərclədiyi milyonların əvəzində hansısa bir uğur qazanılbmı? Yox. Tale Heydərovun təşkilatı Londonda ermənilərə məğlub oldu.

ziya7

Bəs Anar bala? “Yeni Müsavat” qəzeti yazır ki, Anar Məmmədovun təşəbbüsü ilə Vaşinqtonda bir sıra konqresmenlər və senatorlar da daxil, 500 amerikalı üçün havayı yeyib-içmək məclisi təşkil olunmuşdu. Neçəyə başa gəlib və kim ödəyib? Qəzet yazır ki, belə bahalı ziyafətləri təşkil etmək üçün “Fabiani & Company” lobbi şirkətinə təkcə son illərdə üst-üstə 5 milyon dollar pul ödənib. Deyilənlərə görə, qeyri-rəsmi məbləğ daha çoxdur. Tale və ya Anar öz ciblərindən ödəmişlər? Zarafat edirsiz? Əlbəttə yox. Dövlətin pulu dura-dura şəxsi pulunu niyə xərcləsinlər! Ayıb deyil. Bəs bu 5 milyon dollar və müftə ziyafətlər İlham Əliyev hakimiyyətinə bir fayda verdimi?

talex3

Nə fayda? Əksinə, zərər verdi. ABŞ Konqresinin 16 senatoru bu günlərdə İlham Əliyevə sərt məktub yazaraq Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasında və mətbuat azadlığının təmin edilməsində ciddi məhdudiyyətlərin olmasından narahat olduqlarını qeyd ediblər. Anar Məmmədovun bahalı şərablarının heç köməyi olmadı. Senatorlar həbsdə olan siyasi məhbusların dərhal azad olunmasını Azərbaycan prezidentindən tələb ediblər.

ziya8

Bu məktub senator Richard Durbinin təşəbbüsü ilə hazırlanıb və aşağıdakı senatorlar tərəfindən imzalanıb: Barbara Boxer, Benjamin Cardin, Dianne Feinstein Ron Johnson, Mark Kirk, Patrick Leahy, Markey, John McCain, Robert Menendez, Chris Murphy, Gary Peters, Jack Reed, Marco Rubio, Jean Shaheen və Sheldon Whitehouse. Qəribə olan odur ki, bu şəxslər Anar Məmmədovun Vaşinqtonda 500 nəfər üçün təşkil etdiyi ziyafətdə iştirak ediblər…”

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button