“Zeytun budağı”nın 13-cü günü – 27 yaşayış məntəqəsi azad edilib

Afrində əməliyyatlar nəticəsində 27 yaşayış məntəqəsi terrorçulardan azad edilib. Trend-in məlumatına görə, bu rəqəmi Türkiyə hərbi mənbələri yayıblar.

Məlumata görə, hazırda əməliyyatlar Suriya ərazisində 7 istiqamətdə aparılır.

Qeyd edək ki, ötən gün Suriyada aparılan “Zeytun budağı” əməliyyatı zamanı 12 gün ərzində PYD və YPG-nin 712 terrorçusunun zərərsizləşdirilməsi barədə bildirilib.(musavat.com)

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button