Zelenski Roma Papasının çağırışını rədd edib

Yayımlandı: 11 Mart 2024 13:51

“Vatikanı Ukraynanı xalqının həyatı uğrunda ədalətli mübarizəsində dəstəkləməyə çağırıram”

Roma Papası Fransis Ukraynanı müharibəyə son qoymaq üçün Rusiya ilə danışıqlara çağırıb.

Ukrayna bu çağırışı rədd edib. Prezident Volodimir Zelenski papanın “virtual vasitəçilik”lə məşğul olduğunu, Xarici işlər naziri isə Kiyevin heç vaxt təslim olmayacağını söyləyib.

Fransis çağırışında deyib ki, münaqişə tərəfi üçün işlər pis gedəndə “ağ bayrağın cəsarətini” göstərmək və danışıqlar aparmaq lazımdır.

O, daha öncə sadəcə danışıqların zəruriliyi ilə bağlı açıqlama vermişdi.

Zelenski videomüraciətində onları dəstəkləyən din xadimlərinə toxunub:

“Onlar bizi duaları, müzakirələri və əməlləri ilə dəstəkləyirlər. Əsl xalqla kilsə belə olmalıdır. 2500 km uzaqda və sizi məhv etmək istəyənlə aranızda virtual vasitəçilik etməməlidir”.

Xarici işlər naziri Dmitri Kuleba “X” platformasında yazıb ki, istənilən mübahisədə güclü şəxs “onları eyni yerə qoymağa çalışmaq və bunu “danışıqlar” adlandırmaq əvəzinə, yaxşının tərəfində dayanır.

Kuleba Ukraynanın dövlət bayrağına işarə edərək ingilis dilində “Bizim bayrağımız sarı və mavidir” deyir:

“Bizim yaşadığımız, öləcəyimiz və qalib gəldiyimiz bayraq budur. Biz heç vaxt başqa bayraqları qaldırmayacağıq”.

“Vatikanı Ukraynanı xalqının həyatı uğrunda ədalətli mübarizəsində dəstəkləməyə çağırıram”, – o yazıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button