Zelenskiy: “Mütləq qalib gələcəyik, bu, sadəcə zaman məsələsidir”

“Qələbəyə inanırıq. Başqa nəyəsə inanmaq mümkün deyil. Mütləq qalib gələcəyik, axı bu bizim evimiz, torpağımız, müstəqilliyimizdir. Bu, sadəcə vaxt məsələsidir”.

Bunu Ukraynanın Prezidenti Volodimir Zelenskiy “Economist”ə müsahibəsində söyləyib.

Bununla yanaşı Ukraynanın dövlət başçısı Rusiya qüvvələrinin nəhəng olduğunu etiraf edib: “Rusiyanın minlərlə hərbi maşını var. Onlar durmadan gəlirlər. Bəzi şəhərlərdə o qədər çox tank var ki, onlar oradan çıxa bilmirlər. Onların tank tıxacı var”.

O müharibənin ilk günlərində Kiyevi tərk etməməsini də şərh edib:

“Məsələ cəsarətli olmaq deyil, düzgün saydığım şəkildə davranmalıyam. Bir şeyi bu və ya digər şəkildə necə edəcəyinizi bilmirsinizsə, dürüst olun, vəssalam. İnsanların sizə inanması üçün dürüst olmalısınız. Başqa şeylə özünüzü yormayın. Özün olmaq lazımdır… Və özünü olduğundan daha yaxşı göstərməmək vacibdir”.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button