Zelenski müdafiə nazirini istefaya göndərəcəyini açıqladı

Yayımlandı: 4 Sentyabr 2023 13:41

O, qərarı Ukraynada korrupsiyaya qarşı mübarizə fonunda verildiyini bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 3-də müdafiə nazirini dəyişdirmək qərarına gəldiyini açıqlayıb.

“Reuters” yazır ki, bu, Rusiyanın 2022-ci ilin fevralında genişmiqyaslı işğalına başlamasından bəri Ukraynanın müdafiə strukturunda ən böyük silkələnməyə səbəb olub.

Zelenski sentyabrın 3-də gecə videomüraciətində müdafiə naziri Oleksii Reznikovu istefaya göndərəcəyini və bu həftə parlamentdən onun ölkənin əsas özəlləşdirmə fondunun rəhbəri Rustem Umerovun yerinə gətirilməsini xahiş edəcəyini söyləyib.

Reznikov 2021-ci ilin noyabrından Ukraynanın müdafiə naziridir.

O, çalışdığı müddətdə böhtan adlandırdığı rüşvət iddiaları ilə üzləşib.

Zelenski qərarı Ukraynada korrupsiyaya qarşı mübarizə fonunda verildiyini bildirib.

Rəsmilər bildirirlər ki, hazırda Ukraynada müharibənin sonu görünmədiyi üçün ictimaiyyət korrupsiyaya qarşı çox həssasdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button