Zaxarova Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı danışdı: “Gərginliyin azaldılması üçün səylər davam edir”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, indiki hadisələr Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası prosesinə tezliklə başlanmasının zəruriliyini bir daha təsdiqləyib.
Rusiya Ermənistan və Azərbaycanı təmkinli olmağa, yeni insidentlərin qarşısını almağa və bütün mübahisələri müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həll etməyə çağırır. Mariya Zaxarova qeyd edib ki, Bakı və İrəvan rəsmilərinin bəyanatlarından aydın olur ki, tərəflər vəziyyətə diametral şəkildə qarşıdırlar və baş verənlərə görə bir-birini ittiham edirlər.
“Rusiya vəziyyəti sülh kanalına köçürmək üçün həm Azərbaycan, həm də Ermənistanla əlaqə saxlayır.

O xatırladıb ki, dünən Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və erməni həmkarları ilə telefon danışığı aparıb. Zaxarova vurğulayıb ki, bu vasitəçilik səyləri nəticəsində qarşıdurma çərşənbə axşamı axşam saatlarında başa çatıb.
“Gərginliyi aradan qaldırmaq üçün birlikdə işləməyə davam edirik. Biz hər iki tərəfi təmkinli olmağa, yeni insidentlərin qarşısını almağa və bütün mübahisələri müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həll etməyə çağırırıq. Biz bölgədə tərəflərə sülh və sabitlik maraqları naminə yardım etməyə davam etməyə hazırıq. ” – deyə o, yekunlaşdırdı.
Xatırladaq ki, noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri növbəti təxribat törədən erməni hərbi mövqelərinə zərbələr endirib. Yerli döyüşlər artilleriya, zirehli texnika və atıcı silahlardan istifadə etməklə aparılıb. Rusiya tərəfinin vasitəçiliyi ilə əldə olunan razılaşmaya əsasən, Ermənistan-Azərbaycan sərhədinin bu istiqamətində saat 18:30-da qarşıdurma dayandırılıb.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button