
Zərərçəkən vətəndaş prezidentə müraciət etdi: “Məni prokurordan qoruyun!”
Vətəndaş Cəfər Cavadov xural.org-a müraciət edərək, həyatının təhlükədə olduğunu bildirib. Səfər Cavadov Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş Prokuror Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova təhlükəsizliyinin qorunması ilə bağlı müraciət edib. Müraciətdə deyilir:

“Cənab Prezident!
Ailəmizə etdiyi haqsızlıq və basqılara görə, Cəlilabad rayon prokuroru Tariyel Ələkbərov barədə ölçü götürülməsi üçün Sizə müraciət etmişdik. Və Sizin dəstəyinizdən sonra Cəlilabad rayon prokurorluğunun iki dəfə çıxardığı eyni məzmunlu saxta qərarın ləğv olunması Tariyel Ələkbərovun bizim ailəyə və şəxsən ailənin sözcüsü olaraq mənə qəzəbinin təsəvvürə gəlməz dərəcədə artmasına səbəb olub. Nəticədə o, məni həbs etdirməklə hədələyib. Odur ki, Sizdən xahiş edirəm, mənim təhlükəzisliyimiz təmin edəsiniz.
Bu günlərdə istintaqın yenidən araşdırılması ilə bağlı ifadə vermək üçün Lənkəran rayonunda olmalıyam. Ancaq qanunsuz olaraq həbs olunacağımdan ehtiyat edirəm. Çox xahiş edirəm, məni Cəlilabad rayon prokuroru Tariyel Ələkbərovun qəzəbindən qoruyun.”
Xural.com



