Yunanıstanda iki qatar toqquşub, 32 nəfər ölüb

Yunanıstanın şimalında sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 32 nəfər həlak olub, azı 85 nəfər xəsarət alıb.

Ötən gecə Tempe şəhəri yaxınlığında baş verən hadisə nəticəsində çoxsaylı vaqon relsdən çıxıb, azı üçü alovlanıb.

Hazırda axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Hadisənin şahidləri toqquşma nəticəsində bir neçə sərnişinin qatarın pəncərələrindən çölə atıldığını deyir. Digər sərnişinlər isə qatar dayanandan sonra xilas olmağa çalışıblar.

Paytaxt Afinadan 380 km şimalda yerləşən bu ərazidə böyük magistral yollar, dəmiryolu tunelləri keçir. Qatarlar Tempe Vadisi yaxınlığında toqquşublar.

“Orada böyük polad parçaları vardı. Qatarlar tamamilə dağılıb, hər ikisi”, – hadisə yerinə ilk çatmış yerli sakinlərdən biri AP-yə deyib.

Hadisənin səbəbi aydın deyil. İki dəmiryolu rəsmisinin polis tərəfindən dindirildiyi, ancaq saxlanan olmadığı bildirilir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button