
Yol qəzaları azalıb, ölüm artıb
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 780 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.5 faiz azdır: “Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 4.8 faiz azalaraq 1056 nəfər olub. Onlardan 387-si həlak olub, 669-u isə yaralanıb”.
DSK bir il əvvəl bildirmişdi ki, 2022-ci ilin altı ayında ölkədə 817 yol-nəqliyyat hadisəsi törədilib. 1109 nəfərin zərər çəkdiyi, onlardan 336-nın da həlak olduğu açıqlanmışdı.



