Yerevanda partlayış olub, yaralılar var

Ermənistanın paytaxtı Yerevanda “Surmalu” ticarət mərkəzində partlayış olub. Bu barədə AzadlıqRadiosunun erməni xidməti ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, yanğın başlayandan bir qədər sonra mərkəzində partlayış olub.

Təcili yardım stansiyasından verilən məlumata görə, 11 nəfər müxtəlif xəstəxanalara yerləşdirilib. Xidmət yaralı sayının arta biləcəyini bildirir.

Nazirlikdən verilən məlumata görə, 3-cü dərəcəli mürəkkəb yanğına çağırışı elan edilib, xilasedicilər hadisə yerinə yollanıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button