Yerevana səfərə hazırlaşan repçi Qarabağ ermənilərinə də səsləndi

Yayımlandı: 5 Sentyabr 2023 18:28

Snup Doq: “Mən sizi düşünürəm…”

Amerikalı repçi Snup Doq (Snoop Dogg) sentyabrın 23-də Yerevanda çıxış edəcək.

Konsertin dövlət büdcəsi hesabına maliyyələşdirildiyi bildirilir.

Bunun üçün 2,318 milyard dram (6 milyon dollardan çox) ayrıldığı bildirilir.

Bu məbləğ qonorarın ödənilməsinə, mühafizə tələblərinin təmin edilməsinə və sənətçi komandasının sığorta xərclərinə, yüksək səviyyədə texniki təchizat və tanıtım işlərinə yönəldiləcəyi qeyd edilir.

Repçinin Ermənistandakı çıxışı “Dünya ulduzunun erməni turu” layihəsinin tərkib hissəsi olacağı bildirilir.

Snop Doq 81,2 milyondan çox izləyicisi olan “İnstagram” səhifəsində Yerevanda keçiriləcək konserti ilə bağlı paylaşım edib.

“Mənim sevimli erməni xalqım. Mən sizi düşünürəm və Ermənistanda, Artsaxda (“Tanınmamış Dağlıq Qarabağ Respublikası”) və dünyada bütün erməni xalqına sevgi göndərirəm. Mən sevgi və sülh gətirirəm və hər kəsə güc diləyirəm. Sentyabrın 23-də gələcəyəm”, – repçi yazıb.

“İnstagram”ın azərbaycanlı istifadəçiləri paylaşımın şərhlərində repçinin mesajının təxribat xarakteri olduğunu yazıblar.

Bildiriblər ki, Snup Doq təbliğat alətinə çevrilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button