Yerevan və Bakıda sərhəd məsələləri haqqında fərman imzalanıb

Bu gün, oktyabrın 25-də Ermənistanla Azərbaycan prezidentləri ayrılıqda bu iki ölkə sərhədlərinin delimitasiya və demarkasiyası qaydalarını təsdiq edən əsasnaməni imzalayıblar.

Ermənistan Milli Assambleyası onu iki gün əvvəl ratifikasiya edib.

İndiyədək Azərbaycanda əsasnamənin ratifikasiyası istiqamətində hansı addımlar atıldığı barədə ölkə ictimaiyyətinə məlumat verilməyib. Əvvəllər bildirilirdi ki, bu prosedurlar Bakı və Yerevan tərəfindən eyni vaxtda həyata keçirilməlidir.

Sənəddə Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının necə həyata keçirilməsi nəzərdə tutulur. Orada göstərilən yeganə əsas prinsip 1991-ci il Alma-Ata Bəyannaməsidir, lakin aydın xəritələr yoxdur.

Ermənistan müxalifəti qətnamənin ratifikasiyasının Ermənistanın dövlət maraqlarına zidd olduğunu bildirərək müzakirədə və səsvermədə iştirak etməyəcəyini bəyan etmişdi.

Sentyabrın 26-da Konstitusiya Məhkəməsi sərhədin demarkasiyası prosedurunu Ermənistan Konstitusiyasına uyğun olaraq tanıyıb.

Əsasnamə Bakı və Yerevan bildirişlərin əslini dəyişdirdikdən sonra qüvvəyə minəcək.

Delimitasiya prosesi qonşu dövlətlərlə sərhəd xətlərinin müəyyən edilməsinin ilk mərhələsidir. Demarkasiya zamanı isə, bir qayda olaraq, genişmiqyaslı xəritələr üzərində relyef, hidroqrafiya, yaşayış məntəqələri ətraflı göstərilir.

Ermənistanla Azərbaycan arasında konflikt 30 ildən çoxdur davam edir. 2020-ci il 44 günlük müharibə və 2023-cü il sentyabrında Qarabağdakı əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü tam təmin edib. Tərəflər arasında 44 günlük müharibədən sonra aktiv sülh danışıqları aparılsa da, hələlik, yekun nəticə əldə etmək mümkün olmayıb. Bununla belə, həm Bakı, həm Yerevan sülh sazişini imzalamaq niyyətində səmimi olduqlarını və artıq müqavilənin böyük hissəsinin razılaşdırıldığını deyirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button