Yerevan KTMT-nin yardımından da imtina edir

Yayımlandı: 20 Noyabr 2023 16:20

Ermənistan sənədin gündəlikdən çıxarılmasını istəyir

Yerevan Ermənistana yardımla bağlı sənədin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitinin gündəliyindən çıxarılmasını xahiş edib.

Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib.

Noyabrın 22-də Minskdə KTMT ölkələrinin müdafiə nazirləri, xarici işlər nazirləri şuraları və təhlükəsizlik şuraları katibləri komitələrinin iclasları, 1 gün sonra təşkilatın sammiti keçiriləcək.

Tasmaqambetovun sözlərinə görə, KTMT-nin ötən ilin noyabr sessiyasında Yerevanda verdiyi 34 tapşırığından bir neçəsi yerinə yetirilməyib.

Bunlar Ermənistana dəstək sənədinin hazırlanması və Avropanın ATƏT kimi beynəlxalq təşkilatları ilə əməkdaşlığa dair tapşırıqlardır.

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə Belarus Prezidentinə Sammitdə iştirak etməyəcəyini bildirib.

2022-ci ilin noyabrında Yerevanda keçirilən KTMT sammitində Baş nazir Nikol Paşinyan təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamayıb.

2023-cü ildə KTMT-yə sədrlik edəcək Belarusdan başqa, təşkilata Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button