Yerevan Bakıya iki razılaşdırılmamış bəndlə bağlı təkliflərini göndərib – A.Qriqoryan

“Biz sülh tələb etmirik, bütün mövcud problemlərin sülh yolu ilə həllini təklif edirik. Həll olunmamış iki məsələ ilə bağlı təkliflər göndərmişik və Azərbaycan tərəfdən cavab gözləyirik. Ümid edirik ki, həll yollarını tapacağıq”, deyə Qriqoryan bildirib, xəbəri Ermənistan KİV-ləri yayıb.

Öz növbəsində, Azərbaycan XİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, “sülh sazişinin mətninə dair danışıqlar davam etdirilir”.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Yerevanın Bakının iki tələbindən birini – ATƏT-in Minsk Qrupunun buraxılmasını qəbul etdiyini bildirib. Bakı bu bəyanatla bağlı şərh verməyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button