“Yeni Musavat”ın reportyoru saxlanılıb

17.07.2012

Bu gün Prezident Administrasiyasının binası önündə Qasid Mətbuat Yayım firmasının əməkdaşları etiraz aksiyası keçirib.

Hadisə yerinə ezam olunmuş “Yeni Müsavat”ın müxbiri Röya Rəfiyeva polis zorakılığı ilə üzləşib. Bu barədə musavat.com saytına R.Rəfiyeva özü məlumat verib. O, ağlaya-ağlaya redaksiyaya zəng vuraraq bunları deyib: “Aksiyanı çəkirdim. Polis əməkdaşları hücum çəkərək fotoaparatımı əlimdən aldılar. Daha sonra məni sürüyə-sürüyə polis maşınına gətirdilər. İndi harasa aparırlar”. Bu məqamda telefon bağlantısı kəsilib və ona dəfələrlə edilən zənglər cavabsız qalıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button