“Yaxın Şərq bir vasitə ilə müharibəyə cəlb edilir” – SAMİR HÜMBƏTOV

“İran regionu əldən vermək niyyətində olmadığı kimi, Qərb də regionda möhkəmlənməyi qarşısına əsas hədəf kimi qoyub”

“28 yanvar 2023-cü il tarixdə İranın 7 şəhərində yerləşən strateji məntəqələrə İsrail Hərbi Hava Qüvvələri tərəfindən zərbələr endirilib. Tehran rejmi isə bu günə qədər susqunluq göstərib yalnızca hadisələrə seyirci qala bildi. İndi isə rejimin, daha dəqiq desək, İran Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin nəzrətində olan “Nournews” saytı maraqlı bir açıqlama yayıb. Orada qeyd edilir ki, İrana edilən hava hücunları zamanı istifadə edilən dronların gəldiyi mənbə məhz İraqın Kürdistan Muxtar Vilayətidir. Yəni, açıq şəkildə İran dövləti Kürdistanı hədəf göstərmiş oldu. Hurriyyet.az xəbər verir ki, bunu “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib.

Tehran rejminin “haradan təhlükə olacaqsa, oranı vuracağıq” prinsipi ilə hərəkət etmək niyyətində olduğunu vurğulayan politoloq hesab edir ki, o zaman növbəti hədəfin hara olacağı məlum olur, yəni, İraqın Kürdistan Muxtar Vilayəti: “Onu da nəzərə alsaq ki, hazırda ABŞ-a məxsus hərbi baza İraqın Kürdistan Muxtar Vilayətində var, o zaman həmin bölgədə İraq və İranın açıq qarşıdurmaya getməsi ehtimalları artmaqdadır. Təbii ki, İran regionu əldən vermək niyyətində olmadığı kimi, Qərb də regionda möhkəmlənməyi qarşısına əsas hədəf kimi qoyub. Beləliklə də aydın olur ki, Yaxın Şərq bir vasitə ilə müharibəyə cəlb edilir“.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button