YAP yenə İlham Əliyevin namizədliyini irəli sürəcəyini deyir

Yayımlandı: 12 Dekabr 2023 11:17

Tahir Budaqov: “Qərar yaxın günlərdə açıqlanacaq”

Yeni Azərbaycan Partiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədinin yenə də İlham Əliyev olacağı bildirilir.

Bu barədə partiya sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dekabrın 12-də jurnalistlərə deyib.

Tahir Budaqov əlavə edib ki, YAP İdarə Heyəti növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Tədbirlər Planını yekunlaşdırmaq üzrədir.

Tahir Budaqov. Mənbə: “stat.gov.az”

O, yaxın günlərdə İdarə Heyətinin iclasında qərarın açıqlanacağını vurğulayıb:

Prezidentliyə namizəd YAP İdarə Heyətinin iclasında irəli sürüləcək. Sonuncu qurultayda İdarə Heyətinə belə bir səlahiyyət verilib”.

Ölkə başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev 2003-cü ildən YAP-ın namizədi olaraq Azərbaycan Prezidentidir.

O, 20 ildir ki, bu vəzifəni icra edir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button