
Yəhudilər Misirə öz “adamlarını” yerləşdirdilər
mignews-un yaydığı məlumata əsasən, Misirdə müvəqqəti olaraq prezidentlik səlahiyyətlərini yerinə yetirən Ədli Mənsur öz əslini gizlədən yəhudi imiş. Belə bir məlumat «Müsəlman Qardaşlar»ın rəsmi saytında yer alıb. Məqalə müəllifinin sözlərinə görə, Mənsur əsas hədəfləri Məhəmməd əl-Bəradeyini dövlət başçısı vəzifəsinə gətirməyə çalışan Amerika və İsraillə əlbirdir.
Qeyd edək ki, Ədli Mənsurun yəhudi olduğu barədə ilk dəfə «Əl-Cəzirə» jurnalisti Əhməd Mənsurun facebook profilində bildirilmişdi. O, iddia edirdi ki, Misirdə baş verənlər İsrail, Amerika və körfəz zalımlarının əlbirliyi ilə olub.




