“Xəzərin sahilində” rok festivalı

Yayımlandı: 15 İyul 2022 15:32

Festival çərçivəsində rok ifaçıları və qrupları çıxış edəcəklər

Bakıda “Xəzərin sahilində” adlı rok festivalı keçiriləcək.

Festival iyulun 30-da Səbail rayonu, Şıx çimərliyində təşkil olunacaq.

Festivalın iştirakçıları və qruplarının siyahısını təqdim edirik:

• Rasim Müzəffərli
• SİRR
• Qara Dərviş
• Dədə Baba
• Glass
• Grey
• Coda
• AynaBand
• Royal Musa
• Joseph Abbas
• Namik Faradj
• Həbib Mirzə
• Mirələm Musazadə

Azərbaycanda rok janrı 1960-cı ildən yaranmağa başlayıb.

Rok qruplar isə əsasən 1970-80 ci illərdə universitetlərin tələbə birliklərində inkişaf edib.

Azərbaycan rokunun yaranmasında və inkişafında “Üç alov”, “Eksperiment OK” və “Aşıqlar” qrupu böyük rol oynayıb.

“Yuxu”, “Spark”, “Mozalan”, “Sirr” və digərləri də Azərbaycanın ən məşhur rok qruplarından hesab edilir.

Azərbaycanda ilk rok festivalı 1968-ci ildə keçirilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button