Xüsusi İstintaq Xidməti: Köçəryanın azad edilməsi qeyri-qanunidir

Yerevan Apellyasiya məhkəməsinin Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti bəyanat yayıb.

“Apellyasiya məhkəməsinin Robert Köçəryanın azad edilməsi haqqında qərarı qeyri-qanunidir. Ümid edirik ki, Baş Prokurorluq bu qərardan Kassasiya məhkəməsinə şikayətlə müraciət edəcək”, – qurumun mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Yerevanın Apellyasiya məhkəməsi bu gün konstitusiya quruluşunu devirməkdə ittiham olunan keçmiş prezident Robert Kəçəryanı toxunulmazlığı ilə əlaqədar azad edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button